Menyu

Rusiya XİN: Ermənistan və Azərbaycan arasında qaynar münaqişə Putinin səyləri nəticəsində sönüb

Nərmin Qocamanlı
Rusiya XİN: Ermənistan və Azərbaycan arasında qaynar münaqişə Putinin səyləri nəticəsində sönüb

"Prezident Vladimir Putinin səyləri sayəsində o vaxt qaynar münaqişə söndü. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatında atəşkəsdən və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində hərəkətin başlanmasından və sülhməramlı kontingentin yerləşdirilməsindən bəhs edilir".

"Operativ Media" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "iz.ru"ya müsahibəsində bildirib.

Söhbət dörd əsas sahədə dialoq vasitəsilə irəliləyişdən gedir: regionda nəqliyyat və iqtisadi əlaqələrin blokadasının aradan qaldırılması, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması məqsədilə dialoq, iki ölkə arasında sərhədin delimitasiyası və ictimai və parlamentlərarası əlaqələr vasitəsilə münasibətlərin qurulması.

İkitərəfli münasibətlərin tam normallaşmasından danışmaq çətindir. Atəşkəs Rusiya və onun prezidentinin vasitəçilik missiyası sayəsində formalaşdırılıb. Bu, özlüyündə artıq mühüm nailiyyətdir.

Bütün bu illər ərzində Rusiya dörd sahədə konkret əməli səylər göstərməyə çalışır və onların hər birində ciddi potensial və gələcək irəliləyiş üçün əsaslar yaradılıb" - deyə Qaluzin qeyd edib.

Teqlər:

"Rusiya XİN: Ermənistan Azərbaycan arasında qaynar münaqişə Putinin səyləri nəticəsində sönüb"

Əlaqəli Xəbərlər