Menyu

Vaşinqton görüşündən sonra tərəflərin açıqlamaları diqqət çəkir

Redaksiya 15781 baxış
Vaşinqton görüşündən sonra tərəflərin açıqlamaları diqqət çəkir

1-4 may tarixində ABŞ-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb. Danışıqlar ötən axşam başa çatıb və Azərbaycanla Ermənistan Xarici İşlər Nazirlikləri demək olar eyni məlumatı dərc ediblər. 

"Operativ Media" xəbər verir ki, hər iki tərəfin mətbuata açıqlamasında danışıqların nəticəsi olaraq Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edildiyi, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığı bildirilir. 

Hər iki tərəf danışıqların baş tutmasına görə ABŞ-yə təşəkkür edib və növbəti danışıqlara dair razılıq əldə edildiyini bildirirlər.

Blinken isə "düşünürəm ki, danışıqların tempi və tərəfdaşlarımızın qoyduğu təməl bizim həqiqətən razılığa gəldiyimizi göstərir. Əldə olunan irəliləyişdən razıyam" açıqlamasını verib. 

Teqlər:

"Vaşinqton görüşündən sonra tərəflərin açıqlamaları diqqət çəkir"

Əlaqəli Xəbərlər