Alen Simonyan: "Ermənistan sülh müqaviləsi imzalamağa hazırdır"
Nərmin Qocamanlı 556 baxış
"Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır".
"Operativ Media" xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Ankarada keçirdiyi brifinq zamanı bildirib.
Simonyan bildirib ki, Ermənistan ticarət baxımından regionun açılmasında problem görmür. Azərbaycandan Naxçıvana, eləcə də Türkiyəyə vətəndaşların gediş-gəlişi və yüklərin daşınması Ermənistanın qanunvericiliyi və suverenliyi ilə sərbəst şəkildə həyata keçirilə bilər.
"İrəvan Ankaranın bu istiqamətdə addımlar atacağına ümid edir", - parlament sədri qeyd edib.
Nərmin Qocamanova
Teqlər:
"Alen Simonyan: \"Ermənistan sülh müqaviləsi imzalamağa hazırdır\""