http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Vaşinqton danışıqları: Rusiyanın müdaxiləsi gözlənilirmi? - ŞƏRH

05 May 2023 , 17:11
331
Vaşinqton danışıqları: Rusiyanın müdaxiləsi gözlənilirmi? - ŞƏRH

Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində iki ölkə arasında əlaqələrin normallaşmasına dair görüşlər sona çatıb. ABŞ dövlət katibi Entoni Blinken danışıqların 4-cü gününün sonunda Bakı və İrəvanın davamlı sülh sazişinə doğru əhəmiyyətli irəliləyiş əldə etdiyini bildirib. 

Vaşinqton danışıqlarının detalları mətbuata çox da məlum olmasa da, yazılan və paylaşılan sitatlardan yola çıxaraq ümumi fikir yürütmək mümkündür. Bu danışıqları necə qiymətləndirmək olar? 

Mövzu ilə bağlı “Operativ Media”ya açıqlama verən millət vəkili Azər Badamov bu sözləri dilə gətirib: “Hesab edirik ki, ABŞ-də təşkil olunmuş bu görüşlər Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müəyyən bir irəliləyişə nail olunmasına töhfə verəcək. Çünki ABŞ də Cənubi Qafqazda sülhün tərəfdarıdır. Bu təşəbbüs də ondan irəli gəlir. Azərbaycan da öz milli maraqları çərçivəsində, öz suveren ərazi bütövlüyü çərçivəsində sülh müqaviləsini imzalamaq istəyir. Ermənistan da həm Praqa, həm də Soçi görüşlərində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini ifadə edib. Sadəcə bu məsələ rəsmi şəkildə sənəddə öz təsdiqini tapmalıdır”.

Deputat hesab edir ki, sülh hamıdan çox Ermənistana lazımdır: “Əgər Ermənistan bu mövzuda konstruktivlik nümayiş etdirərsə, ölkələrimiz arasında sülh məsələsi həll olunar və regionda uzunmüddətli, davamlı sabitlik yaranmış olar. Sabitliyin yaranması əməkdaşlıq mühitinin formalaşması deməkdir. Ermənistan üçün bu sülh müqaviləsinin imzalanması hamıdan çox lazımdır. Çünki Azərbaycan həm Avropa, həm də Asiya ilə mövcud imkanlardan istifadə edərək sıx əməkdaşlıq edir. Bu gün dalanda qalan və 30 il ərzində dünyadan təcrid olunan Ermənistandır. Məhz Azərbaycanla münasibətləri düzəldəcəyi təqdirdə, Ermənistanın da dünyaya qapısı açılar. Regionun gələcəyi sülhün üzərində qurulmalıdır. Ermənistan da bu müqaviləyə imza atmağa məcburdur. Sadəcə bunun geci-tezi var”. 

A.Badamov Vaşinqton danışıqlarından sonra bizi Moskva danışıqlarının da gözlədiyini bildirib və əlavə edib ki, beynəlxalq maraqların toqquşmasının ölkəmiz üçün heç bir təhlükəsi yoxdur: “Bizim üçün önəmli olan sülh müqaviləsinin imzalanması və münasibətlərin normallaşmasıdır. Cənubi Qafqaz regionu dünya üçün maraqlı bir regiondur. Burada Avropanın, ABŞ-nin və Rusiyanın maraqları var və bu maraqlar elə ölkələr üzərində qurulur ki, o ölkələr onlardan asılıdır. Bu daha çox Ermənistan kimi asılı ölkələrə təsir edir. Çünki Ermənistanda bu gün də Rusiyanın 102-ci hərbi bazası fəaliyyətini davam etdirir. Ermənistanın sərhədləri Rusiya tərəfindən qorunur. Bu o deməkdir ki, Ermənistan hələ də Rusiyanın hərbi mövcudluğundan asılı ölkədir. Azərbaycan isə açıq ölkədir və bütün ölkələrlə balanslı əməkdaşlığa üstünlük verir. Heç bir ölkədən asılı deyilik. Dövlət başçısı müstəqil siyasət yürüdür. Hərbi bloklara qoşulmuruq. Qarabağda yerləşdirilən sülhməramlıları nəzərə almasaq, ərazilərimizdə başqa ölkələrin hərbi mövcudluğu yoxdur. Cənubi Qafqaz üzərində olan beynəlxalq güclərin maraqlarının Azərbaycana aidiyyatı yoxdur”.
 

OXŞAR XƏBƏRLƏR
Antoni Blinken Prezident İlham Əliyevə zəng edib

Antoni Blinken Prezident İlham Əliyevə zəng edib

ABŞ Zəngəzur dəhlizi ilə bağlı müzakirələri izləyir

ABŞ Zəngəzur dəhlizi ilə bağlı müzakirələri izləyir

Havanın temperaturu 3-6° aşağı enəcək - XƏBƏRDARLIQ

Havanın temperaturu 3-6° aşağı enəcək - XƏBƏRDARLIQ

XƏBƏR LENTİ
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
  • 19:59

    Rumıniyada 5,2 bal gücündə zəlzələ olub
  • 19:39

    Trampa ikinci sui-qəsd cəhdində şübhəli bilinən şəxs ittiham edilib
Menyu