Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında Vaşinqton danışıqlarını dəstəkləyir.
"Operativ Media" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar tviter hesabında yazıb.
"Vaşinqtondan ümidverici xəbər. Aİ günlük danışıqlarda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin birbaşa dialoqunu alqışlayır. Tərəqqi yalnız dialoq yolu ilə əldə edilə bilər. Biz Ermənistan və Azərbaycanla birlikdə olmağa və davamlı sülh axtarışında tərəfdaşlarımızla işləməyə davam edirik