Menyu

BƏƏ Ermənistanın "Flyone Armenia" şirkətinin təyyarəsinə Dubaya enməyə icazə verməyib

Redaksiya 569 baxış
BƏƏ Ermənistanın "Flyone Armenia" şirkətinin təyyarəsinə Dubaya enməyə icazə verməyib

Mayın 7-də İrəvan-Dubay reysi üzrə hərəkət edən “FlyOne Armenia” şirkətinin təyyarəsi İranın Şiraz hava limanında məcburi eniş edib. 

"Operativ Media"nın xəbərinə görə, “Flyone Armenia” aviaşirkətinin idarə heyətinin sədri Aram Ananyan Aysor.am-a bildirib ki, Dubayın aviadispetçerləri hələ də dəqiqləşdirilməli olan səbəblərə görə aviaşirkətin təyyarəsinin Dubayın hava məkanına daxil olmasına icazə verməyiblər.

"Flyone Armenia" aviaşirkəti İran İslam Respublikasına uçuşlar həyata keçirmədiyindən və qeyri-iş günü ilə əlaqədar olaraq reysin davam etdirilməsi üçün sənədləşmə işləri bir az uzanıb. Problem həll ediləndən və icazələr aldıqdan sonra təyyarə uçuşunu davam etdirərək Dubay hava limanına enib. Aviaşirkət yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir.

Teqlər:

"BƏƏ Ermənistanın \"Flyone Armenia\" şirkətinin təyyarəsinə Dubaya enməyə icazə verməyib"

Əlaqəli Xəbərlər