Menyu

Avropa İttifaqı Rusiyaya qarşı 11-ci sanksiya paketi üzərində işləyir

Redaksiya
Avropa İttifaqı Rusiyaya qarşı 11-ci sanksiya paketi üzərində işləyir

Avropa Komissiyası ötən cümə günü Rusiyaya qarşı 11-ci sanksiya paketi üzrə təklifləri Avropa İttifaqına üzv ölkələrə göndərib.

"Operativ Media" xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Erik Mamer jurnalistlər üçün təşkil olunan brifinqdə deyib. Yeni sanksiyaların təfərrüatı açıqlanmayıb.

Erik Mamer, həmçinin mayın 9-da Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin Kiyevə səfər edəcəyini bildirib.

Bir müddət öncə Ursula Fon der Lyayen Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin, əsasən mövcud məhdudiyyətlərdən yayınmalara qarşı yönələcəyini deyib.

Avropa İttifaqı ölkələrinin daimi nümayəndələrinin 11-ci sanksiya paketinə dair təklifləri müzakirə etmək üçün mayın 10-da görüşəcəyi gözlənilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər