Menyu

"Müharibə vaxtı rusiyalı müşahidəçiləri təmas xəttinə gətirmək istəyirdik" - Nikol Paşinyan

"Müharibə vaxtı rusiyalı müşahidəçiləri təmas xəttinə gətirmək istəyirdik" - Nikol Paşinyan

 "Müharibə vaxtı təmas xəttinin hər iki tərəfində rusiyalı müşahidəçilərin yerləşdirilməsi üçün çalışırdıq, lakin Azərbaycan ordusunun intensiv əməliyyatları buna imkan vermirdi."

"Operativ Media" "Sputnik Armenia" ya istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclasında bu barədə danışıb.

Paşinyan bildirib ki, sonrakı günlərdə də döyüşlərin dayandırılmasına çalışıb. Azərbaycan tərəfi isə torpaqların qeyd şərtsiz qaytarılmasını istəyib.

"2020-ci il oktyabrın 13-də ilk dəfə olaraq Rusiya Federasiyasının prezidentindən müharibəni dayandırmaq üçün nə etməli olduğumu soruşdum. Oktyabrın 16-da eyni mövzuda daha uzun söhbət oldu. Rusiya Federasiyasının Prezidenti 5 rayonun qaytarılması müqabilində, əlbəttə ki, heç bir status dəqiqliyi olmadan müharibənin başa çatmasından danışmaq olar”, - Paşinyan bildirib.

Teqlər:

"\"Müharibə vaxtı rusiyalı müşahidəçiləri təmas xəttinə gətirmək istəyirdik\" - Nikol Paşinyan"

Əlaqəli Xəbərlər