http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Fərqli qütbdə olanların "Qarabağ ortaqlığı" - Azərbaycan nə etməlidir?

28 İyul 2023 , 21:02
Fərqli qütbdə olanların "Qarabağ ortaqlığı" - Azərbaycan nə etməlidir?

Azərbaycanla Ermənistan arasındakı siyasi gərginlik artan xətt üzrə inkişaf edir. Əgər bu gərginliyə Azərbaycanla Ermənistan arasındakı münasibətlər fonunda baxsaq, yanılacağıq. Məsələyə daha geniş pəncərədən baxmaq lazımdır.

Bu məsələdə Azərbaycan və Ermənistan vasitədir. Əsas məsələ Cənubi Qafqaz uğrunda beynəlxalq güclərin apardığı savaşdır. Böyük güclər bölgə uğrunda savaşını Qarabağ üzərindən aparır və bu savaşda Ermənistan alətdir.

Burada diqqət çəkməli digər məsələ isə fərqli qütblərdə dayanan güclərin Qarabağ məsələsində sərgilədiyi ortaqlıqdır. Misal üçün Ukraynada, Suriyada və dünyanın bir çox yerlərində rəqib olan Qərblə Rusiya Qarabağda ortaqlıq nümayiş etdirir. Həmin bu güclər Azərbaycanın üzərinə "dalğa-dalğa" gəlirlər.

Niyə Azərbaycanın?

Azərbaycana böyük güclərin təzyiq rıçakları bir yerə qədərdir. Azərbaycanın tərəfdaşlıq müqavilələri, neft-qaz kontraktları və Türkiyə ilə strateji müttəfiqliyi təzyiqin limitini müəyyənləşdirir. Ermənistanda isə bu belə deyil. Rəsmi İrəvan müharibəyə qədər Rusiyanın forpostu sayılırdı. Rusiyanın Ermənistan ərazisində həm hərbi bazası mövcuddur, həm də sərhədlərinin bir hissəsini ruslar qoruyur, müəssisələrinin böyük hissəsi rusların nəzarətindədir, dəmiryolları isə konkret desək Rusiyanındır. Qərb də Ermənistanda istədiyini rahatlıqla edə bilir. Çünki Fransa bu ölkənin daim havadarı olub, xüsusilə Qərbdəki erməni lobbilərin əli daim Ermənistanın üzərində olub. Ermənistanın hər iki tərəfə ən azı "minnət borcu" var. Ona görə də, məhz Ermənistanı öz əməllərinə alət edərək, Azərbaycana təzyiq göstərirlər.

Beləliklə, TIR-ların Laçındakı sərhəd-buraxılış məntəqəsinə gəlib dayanmamışdan əvvəl baş verənlərə nəzərə salmaqda fayda var. Separatçı rejimin rəhbəri Araik Arutunyan humanitar böhranla bağlı öncə media vasitəsi ilə ictimai fikir formalaşdırdı, ardınca mitinqlərə start verdi. Mitinqlər başlayandan bir neçə gün sonra Azərbaycana vaxt verdi. Əgər Laçın dəhlizi üzərindəki post açılmasa, sərt addımlara əl atacaqdılar. Verilən vaxtın tamam olduğu gün Moskvada tərəflərin xarici işlər nazirləri görüş keçirdi. Görüşdən dərhal sonra Araik Arutunyan mitinqlərin dayandırılmasını elan etdi. Gözəl ssenaridir, elə deyilmi? Hətta vaxt belə dəqiq hesablanıb. Araikin bu qərarı Azərbaycanda bəzi politoloq və ekspertlərin üzünü güldürmüşdü ki, növbəti mərhələ start götürdü. 19 TIR Rusiya və Qərbin diplomatları tərəfindən yoxlanıldı və Qarabağa doğru yola salındı. Ötən yazılarda da qeyd etmişdim ki, Laçın sərhəd-buraxılış məntəqəsi təxribat üçün ən əlverişli yerdir. Ermənistan, Qərb və Rusiya həmin yeri Azərbaycanın zəif bəndi kimi görür və ora fokuslanacaqlar.

"Humanitar böhran" ifadəsi bu məsələdə Ermənistanın özü kimi alətdir, vasitədir. Böyük güclərə nə Azərbaycan, nə Ermənistan, nə də Qarabağda yaşayan ermənilər maraqlıdır. Hər şeydən önəmlisi maraqlarının təmin olunmasıdır. Hətta bu maraqların təmin olunması üçün Qarabağda yaşayan ermənilərin bir hissəsini də qurban verərlər. Aclıqdan, dərman çatışmazlığından ölümlər də təşkil edə bilərlər. Sabah Qarabağda hansısa infeksiyanın yayılmasını eşitsək, təccüb etməməliyik. İmperialist dövlətlər üçün hədəfə çatmaq naminə bütün yollar məqbul sayılır.

Rəsmi Bakı dirəniş göstərməlidir. Bu məsələdə yumuşaqlıq etmək iştahları daha da qabardacaq. Bu gün 19, sabah 109, o biri gün isə "su yoluna" döndərəcəklər. Ümumiyyətlə, "Humanitar böhran" qaniçənlərin uydurduğu ən şirin nağıldır. Regionda təmsil olunan adı çəkilən ölkələr Afrikanın bütün təbii sərvətlərinə gənə kimi yapışıblar. Afrikanın bütün sərvətlərini talayanlar, daha sonra humanitar böhran var deyib, taladıqlarının 1 faizi qədər etməyən yardımlar edib, mətbuat vasitəsi ilə bunu işıqlandırıb, mələk kimi özlərini insanlara sırıyırlar.

Azərbaycan hazırda təklənmiş görünür. Hesab edirəm ki, Türkiyə indiki məqamda açıq və sərt mövqe nümayiş etdirməlidir.

Azərbaycan sonuna qədər dirəniş göstərsə nə baş verə bilər? Hesab edirəm ki, maraqlı tərəflər Azərbaycanla Ermənistan arasında yeni müharibəni də körükləyə bilərlər. Əslində "Humanitar böhran" onların əllərində yaxşı bəhanədir. Bu bəhanə həm də Azərbaycanı haqlı olduğu halda haqsız çıxarmağa istifadə olunacaq. Tarixdə boyu bəhanələr daha çox danışılır, müzakirə olunur, səbəblər isə heç kimə maraqlı olmur.

Səxavət Məmməd

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov maltalı həmkarı ilə görüşüb

Ceyhun Bayramov maltalı həmkarı ilə görüşüb

İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB

İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB

Dövlət büdcəsinin layihəsi gələn il Prezidentə təqdim ediləcək

Dövlət büdcəsinin layihəsi gələn il Prezidentə təqdim ediləcək

XƏBƏR LENTİ
  • 21:05

    Rusiya müdafiə nazirinin keçmiş müavininin həbs müddəti uzadılıb
  • 20:57

    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb
    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb
  • 20:53

    Ərdoğan: Dünya 5-dən böyükdür, daha ədalətli dünya mümkündür
  • 20:48

    Ceyhun Bayramov maltalı həmkarı ilə görüşüb
    Ceyhun Bayramov maltalı həmkarı ilə görüşüb
  • 20:45

    UEFA Çempionlar Liqasının 2027-ci il finalı üçün sürpriz qərar verdi
  • 20:23

    ADY sədri Rövşən Rüstəmov Berlində keçirilən “InnoTrans” beynəlxalq sərgisində iştirak edir
  • 20:11

    Sabunçu rayonunda qaz olmayacaq
  • 20:01

    "Kəpəz" yeni transferini açıqladı
Menyu