Menyu

Rusiya müdafiə nazirinin keçmiş müavininin həbs müddəti uzadılıb

Əsəd Abbaslı
Rusiya müdafiə nazirinin keçmiş müavininin həbs müddəti uzadılıb
1 dəq oxu

Moskvanın Basmannı məhkəməsi Rusiya Federasiyası müdafiə nazirinin keçmiş müavini Dmitri Bulqakov və dələduzluq işi üzrə digər iki müttəhimin həbs müddətini dekabrın 25-dək uzadıb.

"Operativ Media" xəbər verir ki, bu barədə TASS-ın müxbiri məhkəmə zalından məlumat verib.

“Məhkəmə Bulqakov, German Yakovlev və Gennadi Seleznev barəsində həbs-qətimkan tədbirinin müddətinin dekabrın 25-dək uzadılması barədə istintaqın vəsatətini təmin etmək qərarına gəlib”, – hakim Yelena Lenskaya qərarı oxuyub.

Əlaqəli Xəbərlər