UEFA Çempionlar Liqasının 2027-ci il finalı üçün sürpriz qərar verdi
Əziz Əzizli
Çempionlar Liqasının finalı üçün UEFA-dan sürpriz addım gəlib.
"Operativ Media" xəbər verir ki, UEFA 2027 Çempionlar Liqasının finalının Milan Bələdiyyəsi tərəfindən aparılan təmir işlərinin tamamlanacağına dair heç bir zəmanət verilmədiyi üçün "San Siro"dan alındığını açıqlayıb.
Final matçının keçiriləcəyi ünvan 2025-ci ildə açıqlanacaq.
UEFA bu mövsüm Çempionlar Liqasının finalını "Bayern Münhen"in stadionu "Alyanz Arena"da keçirəcək.
Teqlər:
"UEFA \u00c7empionlar Liqas\u0131n\u0131n 2027-ci il final\u0131 \u00fc\u00e7\u00fcn s\u00fcrpriz q\u0259rar verdi"