http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ermənistanın Qarabağa göndərdiyi 400 ton yük xarab olub? 

03 Sentyabr 2023 , 11:50
Ermənistanın Qarabağa göndərdiyi 400 ton yük xarab olub? 

Artıq bir aydan çoxdur ki, Ermənistandan Qarabağa göndərilən qanunsuz yükün olduğu 22 tır Laçın sərhəd keçid məntəqəsinin yaxınlığında gözləməkdədir.

"Operativ Media" xəbər verir ki, Ermənistan tərəfində yüklərin xarab olması ilə bağlı ciddi narahatlıq var. Xankəndidə olan vətəndaşlar isə iki suala cavab axtarır. 400 tona yaxın yükdə xarab olmayan nəsə qalıbmı?

Yüklərin daşınmasını həyata keçirən "Spayka" şirkətinin Vətən müharibəsində qanunsuz silahların daşınmasını həyata keçirməsi məlumdur. Şirkət rəsmi olaraq elan edib ki, sahib olduğu 320 "Volvo" markalı tırın 22-ni Ermənistan hökümətinə hədiyə edib. Şirkət tərəfdaşlarına "GPS" izləmə, soyuducu konteynerlərlə təmin olunmuş tırlar təklif edir. Bir aydan çoxdur ki, Laçında qalan tırlarda isə vəziyyət fərqlidir.

Tırlarda hansı qidalar var?

Ermənistan tərəfi göndərilən ərzaq məhsullarının növləri barədə rəsmi açıqlama yaymayıb. BBC-nin Ermənistan üzrə xəbər xidmətinin əldə etdiyi məlumata görə, 22 ton yağ məhsulları tırlarda gözləyir. Ermənistan teleqram kanalları və yerli mediası "humanitar yük"ün nələrdən ibarət olduğunu ayrı-ayrı vaxtlarda qeyd edib. Məhsulların miqdarı tam açıqlanmasa da, yüklər əsasən, yağ, quru süd, qarabaşaq, un, uşaq qidaları, ət, balıq, tərəvəz məhsulları, qurudulmuş qidalar, konserva məhsulları, yuyucu vasitələr vəs. məhsullardan ibarətdir.

"Spayka" şirkəti özü yükün bir çox hissəsinin artıq yararsız olduğunu etiraf edib. Tırlar soyuducu konteynerlərlə təmin edilsə də, artıq bir aydan çoxdur ki, yük maşınları tam söndürülüb. Ermənistan tərəfinin ilk günlərdə yaydığı görüntülərdə tırlar işlək olsa da, sonradan ümumiyyətlə sürücülər də görünməyib. Xarici nümayəndə heyətinin əraziyə gəldiyi zaman çəkilən görüntülərdə də açıq aydın görünür ki, tırların heç biri işlək deyil. Park vəziyyətində olan yük maşını 16 saata qədər soyutmanı təmin edə bilər, lakin soyuducunun fasiləsiz olaraq 1 aydan çox işləməsi üçün isə mütləqdir ki, yük maşını işlək vəziyyətdə olsun.

Qida mütəxəsisləri nə deyir?

"Operativ Media"ya açıqlama verən qida eksperti Seymur Qafarov bildirib ki, açıq şəraitdə nəqliyyat vasitəsində günlərdir yollarda olan ərzaqların təhlükəli olduğunu düşünür:

"Hal-hazırda geosiyasi şəraitə uyğun olaraq həll etməli olduğumuz məsələlər var. Təbii ki, Azərbaycan öz növbəsində atdığı son humanist addımla məsələnin həlli üçün əlindən gələni etdiyini bir daha göstərdi. Ermənistan tərəfindən Xankəndiyə göndərilən 400 tonluq yük isə orta riskli və xüsusi riskli ola bilər. Məlumatlarda qeyd olunur ki, yüklərin 22 tonu yağdır. Eyni zamanda uşaq yeməkləri də xüsusi riskli kateqoriyadandır. Göndərilən məhsulların bu qədər istinin altında qalması keyfiyyətinin dəyişməsini istisna etmir".

Ekspertin sözlərinə görə, qida daşınmasının həyata keçirilməsi üçün xüsusi norma və tələblər var. Beynəlxalq norma və tələblərə əsasən istehsaldan sonra məhsulun saxlanc anbarında saxlanma temperaturu nədirsə, istehlakçıya çatana qədər gözlənilməlidir:

"Sözsüz ki, onların soyuducu qurğularında hər hansı nasazlıq yarana bilər. Nəzərə alaq ki, nəqliyyat vasitələrinin bu qədər müddətdə orada qalması artıq bu riski artırır. Eyni zamanda dondurucu temperatura malik olan qidaların qapısı açıla bilər və orda gözləyən heyətin də o qidalardan istifadə üçün hər hansısa bir saxlanc yerini açması avtomatik olaraq çarpaz çirklənməyə səbəb ola bilər".

Seymur Qafarov bildirir ki, Azərbaycan ərazisinə daxil olan ərzaq məhsulları ölkə qanunvericiliyinə və beynəlxalq normalara uyğun olmalıdır. Bunun üçün həmin məhsullar mütləq qaydada yoxlamadan keçirilir. 400 tonluq yükün yoxlama nəticələrinin nə olacağı isə sual altındadır.

"Ümimiyyətlə ölkəmizə daxil olan ərzaq məhsulları labarator analizə cəlb olunur. Dövlət Gömrük Komitəsi və AQTA tərəfindən həyata keçirlən yoxlamaların nəticələri insan istehlakı üçün tam təhlükəsiz olduqdan sonra ərzaqlar istifadəyə verilir. Bundan əlavə ərzaq məhsullarının daşınması zamanı onların temperaturuna nəzarət olunmalıdır, temperatura nəzarət edəcək soyuducunun göstərici şkalası mütləqdir ki, kalibirasiyadan keçmiş olsun və həmin şkalanın göstəricisi nəmlik və temperaturda normada saxlanmalıdır. Bu beynəlxalq tələbdir. Tələb belədir ki, məhsul istehsaldan sonra saxlanc anbarında saxlandığı temperaturda mühafizə olunsun və istehlakçısına çatdırılsın. Düşünmürəm ki, açıq şəraitdə nəqliyyat vasitəsində yollarda qalan ərzaqlar təhlükəsizdir. Artıq böyük risk faktorları yaranmağa başlamışdır. Xüsusilə kərə yağı məhsulları, ət məhsulları, balıq məhsulları və digərlərində risklər daha çox ola bilər", - ekspert əlavə edib.

OXŞAR XƏBƏRLƏR
ABŞ səfirliyinin əməkdaşları Bakı Marafonunda iştirak edib - FOTO

ABŞ səfirliyinin əməkdaşları Bakı Marafonunda iştirak edib - FOTO

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılıb

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılıb

Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM

Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM

XƏBƏR LENTİ
  • 08:25

    Yardımlıda avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb
  • 08:17

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 07:51

    Braziliyada sel fəlakəti nəticəsində ölənlərin sayı 84-ə çatıb
  • 07:14

    Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa olunub - YENİLƏNİB
  • 06:08

    Britaniya Müdafiə Nazirliyinin serverlərinə haker hücumu olub
  • 05:48

    Rusiyada 4,6 maqnitudalı zəlzələ olub
  • Dünən
    23:51

    Muxtar Babayev Aleksey Overçukla COP29-a hazırlığı müzakirə edib
    Muxtar Babayev Aleksey Overçukla COP29-a hazırlığı müzakirə edib
  • Dünən
    23:21

    "Fənərbağça" çempionluq yolunda vacib xal itirdi
Menyu