06 May 2024, 23:21
"Fənərbağça" çempionluq yolunda vacib xal itirdi

Türkiyə Super Liqasında 35-ci tura yekun vurulub.
"Operativ Media" xəbər verir ki, turun son oyununda "Fənərbağça" səfərdə "Konyaspor"un qonağı olub.
Lider "Qalatasaray"la arasındakı xal fərqini artırmamaq üçün meydana çıxan "sarı-lacivertli" komanda 0-0 hesablı heç-heçə edib.
35 turdan sonra"Qalatasaray" 96 xalla lider, ən yaxın izləyicisi "Fənərbağça" isə 90 xalla 2-ci pillədə qərarlaşıb.
Türkiyə Super Liqası
35-ci tur
6 may
21:00 "Konyaspor" 0-0 "Fənərbağça"