http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Yardımlıda avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

07 May 2024 , 08:25
Yardımlıda avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Kirayə götürdükləri avtomobillə narkotik daşıyan şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində axtarışda olan Gəncə şəhər sakini Röyal Əliyev və Lənkəran şəhər sakini Şəhriyar Əhmədzadə saxlanılıblar. Ş.Əhmədzadənin idarə etdiyi "Toyota" markalı avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin yük yerindən 16 kiloqram marixuana və 480 ədəd metadon həbi aşkarlanıb.

Onların narkotik vasitəni İranda yaşayan şəxsiyyəti istintaqla araşdırılan narkotacirlə əlbir olaraq Bakı şəhərinə çatdırmağı planlaşdırdıqları müəyyən edilib. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir

OXŞAR XƏBƏRLƏR
Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib

Müdafiə Nazirliyinin İdarə rəisi vəzifəsindən azad edilib

Müdafiə Nazirliyinin İdarə rəisi vəzifəsindən azad edilib

XƏBƏR LENTİ
  • 12:21

    "Rusiya-Azərbaycan" dəyirmi masası keçirilib - FOTO
  • 12:10

    Latviya parlamentinin sədri Füzulidə səfərdədir
    Latviya parlamentinin sədri Füzulidə səfərdədir
  • 12:07

    “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir
    “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir
  • 12:03

    Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - YENİLƏNİB
    Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - YENİLƏNİB
  • 11:56

    İsrailin hərbi kabinet naziri Netanyahunu koalisiyadan çıxmaqla hədələyib
  • 11:37

    Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
  • 11:19

    Şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
  • 10:48

    Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 155-ə yüksəlib
Menyu