http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

“Yaxın perspektivdə bankların sayı bir qədər də azalacaq” – İqtisadçıdan PROQNOZ

19 Oktyabr 2023 , 16:03
“Yaxın perspektivdə bankların sayı bir qədər də azalacaq” – İqtisadçıdan PROQNOZ

Azərbaycanda bankların lisenziyasının ləğv edilməsi və fəaliyyətlərinin dayandırılması xəbərləri ilə son illərdə daha tez-tez gündəmə gəlir.

"Operativ Media" xəbər verir ki, bu il ərzində iki bankın - “Günay” bankdan sonra “Muğan” bankın bağlanması ilə ölkədə fəaliyyətini davam etdirən bankların sayı 23-ə enib.
Bəs bankların ləğv edilməsi digər banklara və ölkədəki iqtisadi vəziyyətə necə təsir edir?
Bu barədə iqtisadçı ekspert, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov “Operativ Media”ya açıqlama verib.
O bildirib ki, bank sektorunda yaranan problemlərin əsas səbəbi əvvəlki Mərkəzi Bank rəhbərliyinin və bir zaman fəaliyyət göstərən göstərmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının effektiv fəaliyyət göstərməməsidir:
“Çünki biz bu gün Azərbaycandakı  bank sektorunun aktivlərinə, investisiyaların strukturuna nəzər salsaq, görərik ki, bizdə banklar daha çox real sektorla və istehsalla bağlı sahibkarlıq istiqamətlərinə deyil, ya idxalın stimullaşdırılmasına, ya da hansısa maliyyə əməliyyatlarının reallaşdırılmasına doğru öz aktivlərini istiqamətləndirir ki, bu da istər-istəməz iqtisadiyyatdakı dayanıqlığı qorumağa müvafiq şərait yaratmır. Ona görə də birinci səbəbkar kimi mən bu sahəyə cavabdeh olan Mərkəzi Bank və bir müddət öncə ləğv olunan maliyyə bazarlarına nəzarət palatasını görürəm. Əsas səbəb onlar tərəfindən bank sektorunun vaxtında sağlamlaşdırılmaması ilə bağlıdır”.
Ekspertin sözlərinə görə,bank sektorundakı problemlərin aradan qaldırılması üçün çıxış yolu onların bağlanması olmamalıdır:
“45 bankdan geriyə təqribən 50 faizi qalıb.  Bu o deməkdir ki, söhbət hansısa bir bankdan, iki bankdan və ya onların idarəetməsindən getmir, əsas məsələ  ümumi sistemli problemlərdir. Bank sektorunun sağlamlaşdırılmasının çıxış yolu bankların lisenziyalarının geri alınması, fəaliyyətlərinin dayandırılması olmamalıdır. Çünki hər bir bankın arxasında   nə qədər əmanətçi var, orada hesabları olan sahibkarlar, fiziki və hüquqi şəxslər var, işçi kimi çalışan insanlar var. Düşünürəm ki, lisenziyasını geri alıb onu bağlamaq   mütərəqqi və effektiv üsul hesab olunmamalıdır”.
İqtisadçı bankların gələcəkdə təmərküzləşməsi gözlənilirmi sualına cavab olaraq bankların sayının yaxın perpektivdə daha da azalacağını proqnozlaşdırdığını deyib:
“Mən hələ bir neçə il öncə bankların sayı 40 civarı olduqda bildirmişdim ki, Azərbaycanda banklar təqribən iki dəfə azalacaq. İndi də mənim proqnozum bankların sayının azalması prosesinin davam edəcəyidir. Çox istərdim ki, bu proses bankların lisenziyasının sadə yolla geri alınması ilə deyil, bank sektorunda ümumi sağlamlaşdırma ilə, bankların bir-biri ilə əməkdaşlıq nəticəsində birləşməsi və böyüməsi ilə müşahidə edilsin. Çünki  hər bir bankın fəaliyyətinin dayandırılması o bankla bağlı olan insanların sosial-iqtisadi rifahına təsir göstərir və bütövlükdə ölkə iqtisadiyyatına. Doğrudur, Azərbaycanda effektiv fəaliyyət göstərən əmanətlərin sığortalanması sistemi var ki, bu mütərəqqi və müsbət haldır. Amma istənilən halda belə məsələlər bankla müxtəlif şəkildə əməkdaşlıq edənlərə təsir edir. Yaxın müddətli perspektivdə də bankların sayının azalması  gözləniləndir, lakin bunun üçün mütərəqqi yollardan istifadə edilməsi tövsiyə olunur. Mərkəzi Bankın rəhbərliyi yeni olduğuna görə bu iradlar onlara aid olmamalıdır, çünki o vaxtlarda rəhbər onlar deyildi, lakin hər bir halda bu, əsasən, Mərkəzi Bank və bir qədər öncə ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının problemləridir.  Düşünürəm ki, həmin palatanın ləğvi də təsadüfi deyil, çünki effektiv fəaliyyət göstərməyib”.


Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Mərkəzi Bankı 4 təşkilata lisenziya verib

Azərbaycan Mərkəzi Bankı 4 təşkilata lisenziya verib

2025-ci ilin dövlət büdcəsi: Cari xərclərin artımı sosial təminatı necə dəyişəcək?

2025-ci ilin dövlət büdcəsi: Cari xərclərin artımı sosial təminatı necə dəyişəcək?

AMB yaxın aylarda valyuta bazarına satış yönlü müdaxilə edəcəyini istisna etmir

AMB yaxın aylarda valyuta bazarına satış yönlü müdaxilə edəcəyini istisna etmir

XƏBƏR LENTİ
  • 00:01

    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
  • Dünən
    23:18

    Tayvan və Macarıstan Livanda partlayan qurğularla əlaqəni təkzib edib
  • Dünən
    22:58

    UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib
  • Dünən
    22:33

    Rusiya səfirliyi diplomatların ölkədən çıxarılmasını məntiqli cavab adlandırıb
  • Dünən
    22:26

    Livanda rabitə qurğularında partlayışda ölənlərin sayı 14 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən
    21:54

    Bakının iki rayonunda qaz olmayacaq
  • Dünən
    21:25

    Netanyahu Livandakı hadisələrdən sonra ilk açıq bəyanatını verib
  • Dünən
    21:00

    İsrail BMT Baş Assambleyasının qətnaməsini rədd edib
Menyu