Menyu

Bakının iki rayonunda qaz olmayacaq

Əsəd Abbaslı
Bakının iki rayonunda qaz olmayacaq

Bakının Binəqədi və Yasamal rayonları ərazisində aparılacaq təmir-bərpa işləri ilə bağlı sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Qaz təchizatı dayandırılan müddətdə Yasamal və Binəqədi rayonlarında - 9-cu mikrorayonda A.Babaşov, M.Məmmədxanov, Z.Fərəcov, 22-ci dağlıq, O.Musabəyov, C.Xəndan, S.Məmmədov, Ü.Hacıbəyov, İ.Cümşüdov, İ.Həşimov küçələrində və MİDA yaşayış kompleksinin Naftalan klinikası, DİN-in Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Teqlər:

"Bak\u0131n\u0131n iki rayonunda qaz olmayacaq"

Əlaqəli Xəbərlər