Menyu

Livanda rabitə cihazlarında partlayışlarda ölənlərin sayı 20 nəfərə çatıb, 460 yaralı var - YENİLƏNİB

Əziz Əzizli
Livanda rabitə cihazlarında partlayışlarda ölənlərin sayı 20 nəfərə çatıb, 460 yaralı var - YENİLƏNİB

Livanda rabitə cihazlarında baş verən yeni partlayışlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi teleqram kanalında məlumat yayıb.

Məlumatda yaralıların sayının 450 nəfərdən 460-a yüksəldiyi bildirilir. Ölən və yaralananların əksəriyyəti 2023-cü ilin oktyabrından Livanın cənubundakı sərhəd bölgələrində İsrailə qarşı döyüşən "Hizbullah" hərəkatının tərəfdarlarıdır.

22:26 (18.09)

Livanda rabitə cihazlarında baş verən yeni partlayışlar nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

"Operativ Media" xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, azı 450 nəfər yaralanıb.

Bundan əvvəl Livanın müxtəlif bölgələrində partlayış səsləri eşidilib. “Al Hadath” telekanalının məlumatına görə, bu dəfə mobil telefonlar, barmaq izi cihazları, günəş panelləri və litium-ion batareyaları ilə işləyən cihazlar partlayışlara səbəb olub.

22:26

Livan yeni partlayışlar dalğası nəticəsində 9 nəfərin öldüyünü bildirir.

"Operativ Media" xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Məlumata əsasən, Livanın Səhiyyə Nazirliyi ölkədə yeni partlayışlar dalğası zamanı 9 nəfərin öldüyünü və 300-dən çox insanın yaralandığını bildirib.

20:04

Livanın cənubunda yenidən partlayışların baş verdiyi bildirilir.

"Operativ Media" xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Yenidən rabitə qurğularının partladığı deyilir.

Partlayışlarda ən azı 100 nəfər xəsarət alıb, üç nəfərin həlak olduğu qeyd olunub.

Teqlər:

"Livanda rabit\u0259 cihazlar\u0131nda partlay\u0131\u015flarda \u00f6l\u0259nl\u0259rin say\u0131 20 n\u0259f\u0259r\u0259 \u00e7at\u0131b 460 yaral\u0131 var - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər