http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Dünyanı bürüyəcək müharibə dalğası - TƏHLİL

21 Oktyabr 2023 , 17:40
Dünyanı bürüyəcək müharibə dalğası - TƏHLİL

Rusiya Ukrayna müharibəsi aylardır ki, passiv formada davam edir. Tərəflər yalnız mövqe döyüşləri ilə kifayətlənir. Ukrayna tərəfinin gözlənilən əks hücumu proqnozlaşdırıldığı kimi baş tutmadı. Bunun səbəbləri müxtəlifdir. Ancaq əsas səbəb aviasiyanın olmaması göstərilir. Çünki Ukrayna uzun müddət Qərbdən F-16-lar gözlədi, bunun sözü də verildi, ancaq gəlmədi. Beləcə Ukrayna ordusu yalnız piyadaların gücü ilə nəticə əldə etməyə çalışdı. Ancaq bu taktiki uğurdan o yana keçə bilmədi. İşin gerçək tərəfi həm də ondan ibarətdir ki, Rusiya ordusu hazırda əldə etdiyi ərazilərin qarşısında 5 eşalondan ibarət müdafə xətti qurub. Bu xətti keçmək isə o qədər də asan məsələ deyildi.

Rusiya Ukrayna müharibəsi fonunda dünyanın bir neçə bölgəsində də aktivləşmə müşahidə olunmağa başladı. Xüsusilə Çin-Tayvan qarşıdurması ən real görünənlərdən idi. Ancaq ABŞ-nin müdaxiləsindən sonra Çin Tayvana girməkdən çəkindi. Bunun əvəzində isə Azərbaycan Cənubi Qafqazdakı əsas münaqişə ocağı olan Qarabağ məsələsini öz xeyrinə bitirdi. Suriyadakı qarşıdurmalar, Serbiya ilə Kosovanın sözlü atışmaları yaşandı. Ancaq gözlənilmədən HƏMAS-ın İsrailə basqını baş tutdu. Bu hücumda İsrailin kəşfiyyat orqanlarının, Qəzza ilə aradakı divar və süni intellektin zəifliyi, hərbi kəşfiyyatın informasiyaları düzgün analiz etməməsi böyük fəlakətə yol açdı.

Hər iki tərəfdən çoxlu sayda mülki insan həlak oldu, bu proses davam edir və edəcək. Nə HƏMAS geri addım atır, nə də İsrail tərəfi prosesi dayandırır. Proses uzanır və kənar qüvvələr də məsələyə qoşulmaqdadır. Artıq Livandakı Hizbullah, Yəməndəki Husilər hər an döyüşə girə bilər.

Dünya bir neçə gündür ki, İsrail ordusunun quru əməliyyatlarına keçib, keçməyəcəyini müzakirə edir. İsrail ordusunun əsas gücü heç vaxt quru qoşunları olmayıb. İsaril ordusunun vuran ürəyi aviasiyasıdır. İsrail tərəfi də bilir ki, Qəzzada quru əməliyyatlarına start versə, çoxlu sayda itkilər verəcək. Çünki Qəzzada HƏMAS-ın çoxlu sayda bunkerləri, yeraltı tunelləri mövcutdur. Belə olan halda quru əməliyyatı risklidir. Hesab edirəm ki, İsrail tərəfi nə ilə qarşılaşacağını və necə davranmağını hesablayır. Bundan əlavə quru əməliyyatlarına start veriləcəyi təqdirdə digər təşkilatların və ya ölkələrin də müharibəyə qoşulma riski hesablanmamış deyil. ABŞ-nin quru əməliyyatlarında iştirakı isə qəliz olan vəziyyəti daha da qəlizləşdirəcək.

Hazırda kontaktsız müharibə davam edir. Hesab edirəm ki, bu cür müharibə hələ bir neçə gün davam edəcək.

Fələstin İsrail toqquşması onu göstərir ki, baş verənlər xaotik yox, planlıdır. Çünki prosesi sakitləşməyə qadir olan heç bir dövlət tərəflərə silahlı yerə qoymaqla bağlı çağırış etmir. Əksinə münaqişənin daha da alovlanması üçün addımlar atılır. Dolayısı ilə zamanında "Ukrayna-Rusiya müharibəsi istənilən effekti vermədi, yeni münaqişə ocaqlarına ehtiyac olacaq" yazanda, yanılmamışam.

İsaril Fələstin toqquşmasına qədər müdafiədə oturan Rusiya artıq əks hücumlar etməyə başlayıb. Putinin Rostovdakı qərargahı ziyarət etməsi isə onu deməyə əsas verir ki, ruslar təzyiqi artıracaq, hücumları genişləndirəcək. Buna qədər iddia olunurdu ki, Rusiya arxa cəbhəyə qoşun cəmləşdirməklə məşğuldur. Beləcə əməliyyatlara qoşulacaq yeni qoşun, döyüşün seyrini dəyişə biləcək.

Qərb ölkələrindən gələn silah-sursatın azlığı, bəzilərinin bunu dayandırması onu deməyə əsas verir ki, Ukrayna təklənəcək. Ukraynanın təklənməsi isə acı nəticələr verə bilər.

Yaxın Şərqdə baş verənlərin ən çox sərf etdiyi ölkələrdən biri də İrandır. İranın gələcəyinin masada olması barədə müxtəlif iddialar ortaya atılırdı. İranın parçalanması ən çox müzakirə dilən məsələlərdən biri idi. Proseslərin İran sərhədindən kənarda getməsi İranı xeyli rahatladıb. Ancaq rəsmi Tehran da sakit dayanmır. İran həm Yaxın Şərqdə baş verənlərə proksi qüvvələri ilə müdaxilə edir, həm də İraq srhədinə qoşun cəmləşdirir. Çünki İran daxilində son ixtişaşlarda kürdlərin aktivliyi, yeni kürd dövlətinin yaranma versiyası və buna İrandan ərazi qatılması ideyası Tehranı narahat etməyə bilməz. İran bilir ki, ona müdaxilə ya körfəzdən, ya da İraq, Əfqanıstan sərhədindən həyata keçirilə bilər. İran bu məqamda olacaqlara özünü hazırlamış olur.

Tayvan adalarına Çinin müdaxilə ehtimalı isə son günlər daha da artıb. Orada əməliyyatların baş verməsi sürpriz sayılmayacaq.

Səxavət Məmməd

OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

İranın birinci vitse-prezidenti Ermənistana səfərə gedib

İranın birinci vitse-prezidenti Ermənistana səfərə gedib

Bayden: Bizə indi atəşkəs lazımdır

Bayden: Bizə indi atəşkəs lazımdır

XƏBƏR LENTİ
  • 11:25

    DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək
  • 11:12

    NİİM: 8 Noyabr prospektində elektrik təchizatı kəsilib, işıqforlar işləmir
  • 11:10

    Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib
  • 11:08

    Azərbaycan nefti bahalaşıb
  • 10:56

    Vahid Ələkbərovun sərvəti artıb
  • 10:51

    FHN Gəncədə qanunsuz tikililəri söküb
  • 10:42

    "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib
  • 10:41

    Frank De Bleker "Neftçi" - "Sumqayıt" matçının mübahisəli epizodlarını şərh edib
Menyu