http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

01 Oktyabr 2024 , 11:25
DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

Rəqəmsal SAT imtahanı oktyabrın 5-də Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

Bu barədə "Operativ Media"ya DİM-dən məlumat verilib. İmtahan vermək istəyənlər saat 07:15-dən gec olmayaraq aşağıda qeyd edilən sənəd və vasitələrlə birlikdə imtahan binasında olmalıdırlar:

1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

2. Buraxılış vərəqəsi – “Admission Ticket”;

3. “College Board”un tələblərinə cavab verən notbuk və ya planşet (adapter ilə birgə).

Qeyd olunan sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır.

İştirakçılar imtahana, həmçinin kalkulyator, qeydləri aparmaq üçün qələm və ya karandaş gətirə bilərlər. Qaralama üçün vərəq imtahan mərkəzində verilir.

İmtahan iştirakçısının notbuk və ya planşetini imtahan mərkəzinə gətirmək imkanı yoxdursa və o, “College Board”dan notbuk/planşet sorğu edilməsi prosesindən keçməyibsə, həmin iştirakçı imtahan mərkəzinə buraxılmayacaq.

Qeyd edək ki, 5 oktyabr SAT imtahanının iştirakçıları imtahan tarixindən beş gün əvvəl “Bluebook”da yaradılmış şəxsi hesablarına daxil olmalı və imtahanın qurulmasını (test set up) başa çatdırmalıdırlar. Bu prosesin sonunda imtahan iştirakçılarına buraxılış vərəqəsi onlayn qaydada təqdim ediləcək.

Əlavə sual yarandığı halda [email protected] ünvanı vasitəsilə əlaqə saxlamaq olar.

OXŞAR XƏBƏRLƏR
Qərbi Azərbaycan mühacir hökumətinin yaranmasına münasibət müsbətdir - SORĞU

Qərbi Azərbaycan mühacir hökumətinin yaranmasına münasibət müsbətdir - SORĞU

MÜTDA: Müəllimlər günü ilə əlaqədar pul yığılması yolverilməzdir

MÜTDA: Müəllimlər günü ilə əlaqədar pul yığılması yolverilməzdir

Hikmət Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib

Hikmət Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib

XƏBƏR LENTİ
  • 13:12

    Bakıda orta aylıq nominal əməkhaqqı 7 %-dən çox artıb
  • 13:06

    "Qarabağ"ın oyunu yunan hakimlərə tapşırıldı
  • 12:56

    Qərbi Azərbaycan mühacir hökumətinin yaranmasına münasibət müsbətdir - SORĞU
  • 12:44

    MÜTDA: Müəllimlər günü ilə əlaqədar pul yığılması yolverilməzdir
  • 12:27

    Hikmət Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
  • 12:23

    Mark Rutte NATO-nun baş katibi vəzifəsinin icrasına başlayıb
  • 12:22

    Azərbaycan millisinin Slovakiya ilə oyununun biletləri satışa çıxarıldı
  • 12:16

    Bakıda 20 km-lik yeni mikromobillik zolağı istifadəyə verilib
Menyu