Menyu

Frank De Bleker "Neftçi" - "Sumqayıt" matçının mübahisəli epizodlarını şərh edib

Əziz Əzizli
Frank De Bleker "Neftçi" - "Sumqayıt" matçının mübahisəli epizodlarını şərh edib

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekerin Azərbaycan Premyer Liqasının VIII turunun “Neftçi” – “Sumqayıt” oyunundakı mübahisəli epizodları şərh edib.

"Operativ Media" xəbər verir ki, bu haqda qurumun mətbuat xidməti məlumat yayıb.

O, 55-ci dəqiqədəki epizodla bağlı “Neftçi” komandasının 11 nömrəli oyunçusu (Kilan Lebon) meydanın özlərinə aid hissəsində “Sumqayıt” komandasının 19 nömrəli oyunçusunun (Roi Kehat) formasını tutur. Tutma anında “Sumqayıt”ın futbolçusu “Neftçi”nin üç oyunçusunun əhatəsindədir. Nəticə olaraq perspektivli hücum dayandırılmır və sarı vərəqə verilməməlidir. Əgər “Neftçi”nin oyunçuları yaxınlıqda olmasaydı, hakimin qərarı fərqli olardı və sarı vərəqə gözlənilirdi. Çünki bu halda perspektivli hücumun dayandırılması müzakirəsi aparıla bilərdi" deyə bildirib.

63-cü dəqiqədəki epizodla bağlı isə "Bu situasiyada cərimə meydançasının içində “Neftçi” komandasının 44 nömrəli oyunçusu (Yuri Matias) ilk olaraq topa toxunur. Onun təbii hərəkəti nəticəsində “Sumqayıt”ın 19 nömrəli hücumçusu (Roi Kehat) ilə (futbol təması) yüngül kontakt yaranır və hücumçunu yıxır. Çox önəmli texniki kriteriya, müdafiəçinin ilk olaraq topa toxunmasıdır. Bu səbəbdən də hakimin qərarı doğrudur. Topla əlaqə olmasaydı, bu situasiya fərqli qərarla nəticələnərdi" deyə şərh edib.

Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" matçı 1-1 hesablı heç-heçə ilə başa çatıb.

Teqlər:

"Frank De Bleker \"Neft\u00e7i\" - \"Sumqay\u0131t\" mat\u00e7\u0131n\u0131n m\u00fcbahis\u0259li epizodlar\u0131n\u0131 \u015f\u0259rh edib"

Əlaqəli Xəbərlər