Menyu

Astanada Suriya böhranına həll yolu tapmaq üçün keçirilən görüşdə birgə bəyanat qəbul edilib

Nərmin Qocamanlı
Astanada Suriya böhranına həll yolu tapmaq üçün keçirilən görüşdə birgə bəyanat qəbul edilib
1 dəq oxu

Astanada Suriya böhranına həll yolu tapmaq üçün görüş keçirilib.

"Operativ Media" xəbər verir ki, görüşdən sonra Türkiyə, Rusiya və İran birgə bəyanatla çıxış ediblər.

Tərəflər:

▪️ BMT-ni Suriyanın yenidən qurulması üçün yardımı artırmağa çağırıb

▪️ Suriyanın şimalı ilə bağlı razılaşmaların yerinə yetirilməsinin vacibliyini vurğulayıb

▪️ Suriyanın suverenliyinə, müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə, habelə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə sarsılmaz sadiqliklərini bir daha təsdiq etdilər.

▪️ Suriya Konstitusiya Komitəsinin komissiyasının ən qısa zamanda iclasını keçirməyə çağırıb

 ▪️ Suriya üzrə 20-ci Beynəlxalq Görüşün 2023-cü ilin birinci yarısında Rusiyada keçirilməsinə razılıq verib.

Əlaqəli Xəbərlər