http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ölkədə qoç ətinə təlabat artıb - ARAŞDIRMA

13 Fevral 2024 , 15:46
Ölkədə qoç ətinə təlabat artıb - ARAŞDIRMA

“Satışda qoç əti var” elanı artıq paytaxtda yerləşən əksər qəssabxanaların vitrinlərində yer alıb. Maraqlısı burasındadır ki, əvvəllər qəssablar daha çox quzu ətinin satışı ilə bağı elanları verərdilər. İndi isə tələbat dəyişib.

“Operativ Media” paytaxtın müxtəlif ərazilərində olan qəssabxanalarda vəziyyəti araşdırıb.

Saytımıza açıqlama verən qəssablar faktı təsdiqləyiblər. Onlar bildirir ki, artıq yemləmə kök heyvanların əti daha çox satılır. Səbəb isə qiymətinin ucuz olmasıdır.

“Quzu əti indi 18-20 manatdır. Yemləmə heyvan əti isə çəkisinə görə, 12 manat 50 qəpikdən başlayır. Kəsilmiş quzu ətinin çəkisi ortalama 10-15 kiloqram arası olur. Qoç əti isə 30 kiloqramdan çox olur. Əvvəllər yuxarı çəkili heyvanların satışı çox zəif idi. Quzu ətinin qiymətinin artması ilə tələb dəyişdi. Quzu əti indi daha çox kabab üçün alınır. Digər yeməklər üçün isə insanlar qoç ətinə üstünlük verir. İstənilən halda bu heyvan sahibinə sərf edir. Fermerlərə sərf edir ki, heyvanı 1-2 ay artıq yemləsin çəkisi artsın. Satanda da müəyyən qədər qazanc əldə etsin”

İqtisadçı ekspert Tural Cəfərov isə deyir ki, Azərbaycanda otlaq sahələrinin az olması yem problemini hər zaman aktual edir. Ona görə də, az çəkili heyvanların kəsilməsindən imtina edilməlidir.

“Bir çox ölkələr ətə olan tələbatını bu formada ödəyir. Əsasən bəslənmiş heyvanlar kəsilir. Bizdə isə hərkəs istər xırdabuynuzlu, istərsə də iribuynuzlu heyvan olsun, çəkisi az olanı axtarır. Hər il ətin qiymətinin artmasının bir səbəbi də məhz bu amildir. Xüsusi ətlik üçün olan heyvan sortları var ki, onların ölkədaxili bazarda tələbatı çox aşağıdır. Bizdə bazarlarda çəkisi 700-1000 kq olan heyvanın ətinin satışı demək olar ki, yoxdur. Çünki insanlarda buna tələbat yoxdur. Amma Avropa ölkələri bu mərhələni artıq ötən əsrdən keçib. Bəslənməmiş heyvan demək olar ki, kəsilmir. Çünki insanlar gördü ki, ətə olan tələbatı ödəmək olmur. Biz də isə hər dövr üçün aktual “əmlik” heyvan anlayışıdır. Bu gün yem problemi fermerin əsas çətinliyidir. Ona görə də, ətin qiyməti bundan sonra da bahalaşacaq”.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin növbəti qəbulu keçiriləcək

Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin növbəti qəbulu keçiriləcək

266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb

Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu