http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Yeni qanundan sonra Rusiyadakı azərbaycanlılar nə etməlidirlər? - AÇIQLAMA

03 Aprel 2024 , 17:12
Yeni qanundan sonra Rusiyadakı azərbaycanlılar nə etməlidirlər? - AÇIQLAMA

Rusiya Daxili İşlər Nazirliyi miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi təklifləri ilə hökumətə qanun layihəsi göndərib. Sənəd Rusiyaya daxil olan əcnəbilər üçün biometrik identifikasiyanın tətbiqini nəzərdə tutur, həmçinin ölkədə qalma müddətini il ərzində 90 günə qədər azaldır. 

Bəs Rusiyada olan Azərbaycan vətəndaşları nə etməlidir? Prosedur nədən ibarət olacaq?

Bu barədə "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov "Operativ Media"ya bildirib ki, yeni məhdudiyyətlər əksər miqrantların maraqlarına ziddir:

"Rusiya hökuməti miqrasiya qanunvericiliyində müəyyən məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlı artıq qərar vermək niyyətindədir. Bu qanun layihəsi də böyük ehtimalla dəstəklənəcək. Həmin qanunda əks olunan qalma müddətinin azaldılması bilavasitə əmək fəaliyyəti ilə məşğul olan şəxslərə şamil olunacaq. Bu günə qədər Rusiyada iki növ əmək müqaviləsi bağlanırdı: müddətli və müddətsiz. Artıq müddətsiz müqavilələr ləğv edilir. Müddətli bağlanılan müqavilələrisə 2 il qüvvədə qalacaq. 2 ildən sonra həmin müqavilə uzadılmır. Ancaq ola bilər ki, bu iki il ərzində şəxs iş yerini dəyişsin və başqa bir şirkətlə iki illik iş müqaviləsi bağlasın, belə olduğu təqdirdə həmin şəxs Rusiyada qala bilir. Rusiya hökuməti maraqlıdır ki, əmək miqrasiyası ilə bağlı dövlət tərəfindən rahat nəzarət oluna biləcək bir sistem yaratsın. Həmin sistemdə də əməkçi miqrantların müqavilələri ilə bağlı informasiyalar, onların daktiloskopiyası, yəni barmaq izlərinin götürülməsi kimi məsələlər əks olunsun". 

Ekspertin sözlərinə görə, yeni tələblərlə miqrantlar yalnızca öz ixtisaslarına uyğun peşə ilə məşğul ola biləcəklər:

"Burada zidd olan digər bir məqam bundan ibarətdir ki, şəxslərlə əməkçi miqrantlar əmək müqaviləsi bağlayarkən onun hansı peşə sahibi olmasına, ixtisasının uyğunluğuna baxılmırdı. Belə olduqda çox miqrantlar öz ixtisaslarına uyğun olmasa da, digər sahələrdə əmək fəaliyyəti ilə məşğul ola bilirdilər. Lakin artıq bu da məhdudlaşdırılacaq. Rusiyada Özbəkistandan, Qırğızıstandan, Tacikistandan olan əməkçi miqrantların sayı kifayət qədər çoxdur. Sırf 2023-cü ildə Rusiyaya Tacikistandan gedən miqrantların sayı təqribən 670 min civarında olub. Ancaq özbəklər və qırğızlar onlardan da daha çoxdur. Azərbaycanlılara gəldikdə isə statistik rəqəmlər bütövlükdə miqrantlarla bağlı qat-qat aşağıdır. Misal üçün, 2024-cü ilin yanvar ayına olan statistikaya görə, Rusiya ərazisində təqribən 550 min civarında Azərbaycan Respublikasının vətəndaşının hal-hazırda orada yaşadığı bildirilir və onların da təqribən 120 mini əmək patenti əsasında əmək fəaliyyəti məşğul olur, 80 mini isə əmək münasibətlərinin digər formada rəsmiləşdirilərək əmək fəaliyyəti ilə məşğul ola bilər. Təxminən 200 minə qədər azərbaycanlı miqrantların əmək fəaliyyəti ilə məşğul olduğu bildirilir. Təbii ki, özbəklər qırğızlar və tacirlərlə müqayisədə bu rəqəmlər daha aşağıdır və tətbiq ediləcək məhdudiyyət ilk həmin ölkədən olan miqrantlara toxunacaq".

A. Allahverənov qeyd edib ki, qanunda nəzərdə tutulan qaydalara azərbaycanlılara da mütləq şəkildə şamil olunacaq:

"Heç kim düşünməsin ki, Azərbaycanla Rusiya arasında münasibətlər yaxşıdır və bu, bizə toxunmayacaqları deməkdir. Doğrudur, digər ölkələrin miqrantları ilə müqayisədə azərbaycanlılara daha az toxunacaq, çünki bizim miqrantlar daha çox ticarət sahəsində təmsil olunurlar. Hərçənd son hadisələr fonunda çox iş yerlərinin bağlanması, iqtisadi sanksiyaların Qərb tərəfindən tətbiq olunması, rublun ucuzlaşması inflyasiyası və s. istər-istəməz çox miqrantların iş yerlərinin itirməsinə gətirib çıxardıb.

O, qeyd olunan məhdudiyyətlərdən sonra ixtisası uyğun olmayan miqrantlara bir sıra tövsiyələr verib:

"Rusiya arasında çoxsaylı ixtisasartırma kursları var, müxtəlif təlim mərkəzləri var və ora müraciət edərək çalışdığınız sahə üzrə bilik və bacarıqlarınızı artırmaq olar. Müəyyən sertifikatların alınması hətta ola bilər ki, dərəcələrin verilməsi mümkün olsun. Misal üçün, mən bilirəm ki, bəzi ixtisaslar üzrə qısamüddətli kursları bitirib hətta hansı peşə sahibi olduğunu təsdiq edən diplom belə alırlar. Əgər siz təxmin edirsinizsə ki, sizin ixtisasınızla çalışdığınız sahəyə uyğunluq təşkil eləmir, ona bu proseslərdən keçməsini tövsiyə edirəm. Bəlli məsələdir ki, miqrantların böyük əksəriyyəti, o cümlədən də Azərbaycandan olan miqrantların çoxu Moskva və Sankt-Peterburq şəhərlərindədirlər. Nəzərə alsaq ki, Moskvanın öz əmək bazarında çox ciddi rəqabət var. Belə halda bizim miqrantlar rəqabətə dözümlü olmaya bilərlər. Ona görə də mən düşünürəm ki, bu zaman digər şəhərlərdə iş tapmağa çalışmaq olar. Əsas məsələ əmək patenti və digər məsələləri sənədləşdirməkdir. Düzdür, bütün bunlar əlavə məsrəflərdir. Hətta şəxsin uzun illərdir yaşadığı şəhərdən digərinə köçmə təhlükəsi də var. Zərurətdən yaranan bir vəziyyətə uyğunlaşmaq lazımdır. Əgər şəxs Azərbaycana qayıtmaq istəmir və Rusiyada əmək fəaliyyəti də davam etdirmək istəyirsə, düşünürəm ki, ən optimal yol budur". 

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

Babək prospektində qəza olub, yolda sıxlıq yaranıb

Babək prospektində qəza olub, yolda sıxlıq yaranıb

Pərviz Şahbazov Mingəçevirdə vətəndaşları qəbul edib

Pərviz Şahbazov Mingəçevirdə vətəndaşları qəbul edib

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu