http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Paytaxtda reklam lövhələrində dil normaları niyə pozulur? - FOTO

19 Aprel 2024 , 15:39
Paytaxtda reklam lövhələrində dil normaları niyə pozulur? - FOTO

Paytaxtda olan ticarət obyektlərinin bəzilərində reklam lövhələrində kobud səhvlər var. Xüsusilə avtomobil aksesuarları və ehtiyat hissələri satılan mağazalarda bu hal daha da çoxalıb.

"Operativ Media" maşın bazarı kimi tanınan ərazidə çəkiliş aparıb.

Demək olar ki, əksər mağazalarda dil normaları pozulub.

Satıcılar deyirlər ki, yazdıqları aydın və başa düşüləndir:

"İllərdir ki, belə yazılır. Kalonka, kalonkadır da, kim bazara girib "səsgücləndirici" ver deyir?".

Başqa bir satıcı isə qeyd edir ki, rus dilindən alınma sözlərin qarşılığı yoxdur:

"Kalpak sözünü nə ilə dəyişək? Belə daha rahatdır. Həm bizə, həm alana".

Marketoloq Fidan Həsənzadə isə deyir ki, artıq bir neçə vaxtdır ki, Dövlət Reklam Agentliyi bu işlə məşğuldur. Azərbaycan dilində doğru yazılmamış reklamları sökürlər, qaydalara uyğun olmayan şəkildə və yaxud da xarici dil ilə yazılan adları dəyişdirib Azərbaycan dilində yazılmasının tərəfdarıdırlar və bu strategiyanı davam etdirirlər:

"Bu təbii ki, dilimizin inkişafına təsir göstərir, çünki hər kəs sözlərin doğru yazılış formasını qəbul etməlidir. Yanlış gördükcə onlar da öz leksikasına bunu yanlış şəkildə daxil edirlər. Məsələn, “maqnitola” var, amma hamı onu “maqnitofon” bilir hətta “maytafon” belə deyirlər. Ona görə bunun doğru yazılış qaydalarını insanlar öyrənməlidirlər, amma təbii ki, bu satışa təsir edir, çünki insanların indiyə qədər gözünün öyrəşdiyi bir söz, söz birləşməsi, cümlə və s. var. Bunu birdən-birə dəyişəndə insanların öyrəşdiyindən tamam fərqli bir şey olur və yadırğanır. Ona görə satışlara təsiri olacaqdır, lakin dilimizi doğru şəkildə qəbul etdirmək istəyiriksə, müəyyən mərhələlərdən keçməyə məcburuq, ona görə bunu yavaş-yavaş düzəldərək insanlara doğru versiyasını qəbul etdirməliyik".

Fidan Həsənzadə deyir ki, adların dəyişdirilməsi satışa təsir edir:

"Satışlara ona görə təsir edir ki, insanların gözü sözün yazılışına öyrəşib. İnsanlar sözün yazılışını necə bilirlərsə “Google”da elə yazıb axtarış edirlər. Bu da təbii ki, satışa təsir edir. Hətta böyük brendlər belə, brendinq edərkən buna çox diqqət edirlər ki, “soft” bir keçid olsun, birdən-birə keçid olmasın, çünki birdən-birə keçid mütləq şəkildə alıcılara və alıcılıq qabiliyyətinə təsir göstərir".

Azərbaycan Dövlət Reklam Agentliyindən isə bildirdilər ki, Azərbaycan Respublikasının “Reklam haqqında” Qanununun 4.7-ci maddəsinin, həmçinin “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanununun 7-ci maddəsinin müddəalarına görə reklamda dövlət dilinin tələblərinə riayət edilməlidir. Reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində dövlət dili ilə yanaşı digər dillərdən də istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır. Həmçinin, qanunvericiliyə əsasən sahibkarların bazarda özlərini istehlakçıya öz adları ilə tanıtmaq hüququ vardır ki, xarici dildə ada malik olan (belə adla müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmış) ticarət və xidmət obyektləri həmin hüquqlarından istifadə edirlər.

2024-cü ilin birinci rübündə ADRA tərəfindən aparılmış monitorinqlər nəticəsində yayımı dayandırılan 1469 reklamın 20%-ində dil normalarının (296) pozulması faktı aşkarlanmışdır.

Qanunvericiliyə əsasən sahibkarlar açıq məkanda reklam yerləşdirməzdən əvvəl Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyindən (ADRA) icazə almalıdırlar. Monitorinqlər göstərir ki, açıq məkanda icazə sənədləri olmadan yayımlanan reklamlar bəzi hallarda təhlükəsiz istismar üçün yararlı olmur, yerləşdiyi ərazinin estetik görünüşünə xələl gətirir, müşahidə kameraları üçün məhdudiyyətlər, yol hərəkəti iştirakçıları üçün isə təhlükə yaradır, eyni zamanda dil normalarının pozulmasına gətirib çıxarır. Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər. İnzibati Xətalar Məcəlləsinə görə, fiziki şəxslər üçün 300 manatdan 500 manatadək, vəzifəli şəxslər üçün 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər üçün isə 5000 manatdan 10000 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb

Havanın temperaturu 4-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Havanın temperaturu 4-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Bu il parlament seçkiləri vaxtından əvvəl keçirilə bilər

Bu il parlament seçkiləri vaxtından əvvəl keçirilə bilər

XƏBƏR LENTİ
  • Dünən
    23:45

    Avropa Komissiyasının genişlənmə üzrə Baş direktorunun Azərbaycana səfəri başlayıb
    Avropa Komissiyasının genişlənmə üzrə Baş direktorunun Azərbaycana səfəri başlayıb
  • Dünən
    23:06

    Livandan İsrailə dörd mərmi atılıb
  • Dünən
    22:51

    Kobaxidze ABŞ-yə səfərdən imtina edib
  • Dünən
    22:36

    Tbilisidə polis yolu bağlayan etirazçıları saxlamağa başlayıb - YENİLƏNİB
    Tbilisidə polis yolu bağlayan etirazçıları saxlamağa başlayıb - YENİLƏNİB
  • Dünən
    22:22

    COP29-un baş danışıqçısı Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti ilə görüşüb
  • Dünən
    21:55

    Bu rayonun 5 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır
  • Dünən
    21:41

    SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
  • Dünən
    21:27

    Serbiyada yeni baş nazir təyin edilib
Menyu