Bu rayonun 5 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır
Sabah Saatlı rayonunun 5 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.
"Operativ Media" xəbər verir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qaracalar QPS qolu” qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar olaraq, sabah saat 10:00-dan etibarən işlər başa çatanadək, ümumilikdə 1189 abonenti olan Saatlı rayonunun Qaracalar, Varxankənd, Qaralar, Gomuşçu və Seyidlər kəndlərində qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net