Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-yə səfərdən imtina edib, çünki Amerika tərəfi parlamentdə xarici agentlər haqqında qanun layihəsinə baxılmasını dayandırmağı tələb edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Gürcüstanın baş naziri ABŞ-yə bir şərtlə dəvət olunub ki, səfərdən əvvəl Gürcüstan parlamenti xarici təsirin şəffaflığı haqqında qanun layihəsinə baxılmasını müvəqqəti dayandırsın. ABŞ səfirinə ətraflı şəkildə izah edildiyi kimi, qarşılıqlı hörmət və etimada əsaslanmalı olan tərəfdaşlıq yollarını tapmaq lazımdır", - bəyanatda deyilir.
Teqlər:
"Kobaxidze AB\u015e-y\u0259 s\u0259f\u0259rd\u0259n imtina edib"