29 Dekabr 2022, 12:37
Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar Nazirliyinin rəsmi internet səhifəsi “GOV.AZ” domen zonasına köçürülüb
Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar Nazirliyinin rəsmi internet səhifəsi “GOV.AZ” domen zonasına köçürülüb şəkil
Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar Nazirliyinin rəsmi internet səhifəsi “GOV.AZ” domen zonasına köçürülüb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

"Operativ Media" xəbər verir ki, ilkin olaraq Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin (nmincom.gov.az) rəsmi internet səhifəsinin “GOV.AZ” domen zonasına köçürülməsi məqsədilə xidmətin əməkdaşları tərəfindən müvafiq təhlillər aparılıb. Saytın audit yoxlamaları aparıldıqdan sonra zonada yerləşdirilməsi təmin edilib.

Qeyd edək ki, Muxtar Respublikada 11 dövlət qurumunun rəsmi internet səhifəsi Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin proqramçıları tərəfindən yenilənib. Belə ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin (nnk.gov.az), Ali Məhkəməsinin (nsupremecourt.gov.az), Mərkəzi Seçki Komissiyasının (nmsk.gov.az), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (neco.gov.az), Kənd Təsərrüfatı Nazirliyinin (nagro.gov.az), Energetika Dövlət Xidmətinin (nminenergy.gov.az), Dövlət İmtahan Mərkəzinin (ndim.gov.az) internet səhifələrinin audit yoxlamaları aparıldıqdan sonra “GOV.AZ” domen zonasına köçürülməsi planlı olaraq həyata keçirilməkdədir.

Son xəbərlər
Türkiyə Ordusu İraqda 13 terrorçunu öldürüb
Lukaşenko: Ukrayna ilə sərhəddə vəziyyət gərgindir
XİN: Azərbaycanda məhbuslara qarşı qəddar rəftarla bağlı iddiaların yalan olduğu təsbit edilib
Trampı öldürməklə hədələyən şəxs həbs olunub
Türkiyədə tarixi əsər qaçaqmalçılarına qarşı əməliyyat keçirilib
Azərbaycan XİN Hindistanı təbrik edib
Rusiyanın 3 vilayətinə PUA hücumu edilib
Azərbaycan PL: "Araz-Naxçıvan" "Neftçi"ni, "Qarabağ" "Turan Tovuz"u qəbul edir