06 Yanvar 2023, 09:18
Android cihazlar şəbəkə olmadıqda peykə bağlana biləcək
Peyk telefon şirkəti Iridium və çip istehsalçısı Qualcomm tərəfindən elan edilən əməkdaşlıq bu ilin sonuna qədər ən yüksək səviyyəli Android telefonlarına peyk bağlantısı təmin edəcək.
"Operativ Media" xəbər verir ki, mobil şəbəkə siqnalı olmayan yerlərdə cihazlar fövqəladə hallar üçün peykə bağlanacaq və mesaj göndərmək, qəbul etmək mümkün olacaq.
Onu da bildirək ki, əksər Android telefonları Qualcomm-un çipləri ilə işləyir.
Android istifadəçiləri 780 kilometr yüksəklikdəki peyklər vasitəsilə dünyanın istənilən nöqtəsindən mesaj göndərə və qəbul edə biləcəklər.
Bu funksiyanın yaxın illərdə planşetlərə, noutbuklara və avtomobillərə əlavə ediləcəyi gözlənilir.