http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

“Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?

16 Sentyabr 2024 , 15:00
“Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?

14 iyul 2023-cü il tarixdə “Dövlət satınalmaları haqqında” yeni qanun qəbul edildi. Maliyyə vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, satınalmaların şəffaflıq, aşkarlıq, ədalətlilik və rəqabətlilik əsasında həyata keçirilməsi prinsiplərini rəhbər tutan yeni qanun 1 yanvar 2024-cü il tarixdən qüvvəyə minib.

Bəs bu qanun əsas məqsədi nədir və üstünlükləri nədir?

Mövzu ilə bağlı iqtisadçı Emin Qəribli "Operativ Media"ya bildirib ki, antiinhisar və rəqabət ölkə iqtisadiyyatının əsəsını təşkil edir:

"Antiinhisar və rəqabətlilik bütün ölkələrdə gözlənilməli olan ən vacib məqamlardan biridir. Bu iqtisadiyyatın təməlini təşkil edir. Satınalma elə bir sahədir ki, bir çox halda problemlər məhz burada yaranır. Dövlət hansısa işin görülməsi üçün müəyyən sifarişlər edir. Daha sonra həmin sifarişlərdə korrupsiya elementleri ilə qarşılaşırıq. Sözügedən qanun bu prosesi tənzimləmək üçün yaradılıb.

Daha açıq desək, şirkətlər ayrı-ayrı dövlət qurumları ilə əlaqəya girib, şifarişləri əldə edirlər. Bu da öz növbəsində müəssisələr arasında rəqabətə təsir edir. Əgər eyni məhsulu idxal edən bir neçə şirkət varsa, amma şifarişi yalnız bir şirkət alırsa, əlbəttə bu ölkənin rəqabət mühitinə təsir edir. Bu da müəyyən korrupsiya elementidir.

Bu halların qarşısının alınması üçün dövlət müvafiq tədbirlər həyata keçirir. “Dövlət satınalmaları haqqında” qanunvericilikdə bu proses haqqında qanunlar yer alır. Ona görə də dövlətimiz satınalma prosesində şəffaflığın ən üst səviyyədə olması üçün addımlar atır. Ölkəmiz xarici sahibkarlara müvafiq şərait yaradır ki, yerli sahibkarlarla eyni hüquqa malik olsunlar. Dövlət sifarişlərində iştirak etsinlər. Bu addım xarici şirkətlərlə münasibətlərə müsbət təsir göstərir".

O, “Dövlət satınalmaları haqqında” qanunda edilən dəyişikliyin daha yaxşı və keyfiyyətli məhsul təklif edən şirkətin fəaliyyətini stimullaşdırılmasına yönəldiyini bildirib:

“Dövlət satınalmaları haqqında” qanunda edilən dəyişiklik daha yaxşı və keyfiyyətli məhsul təklif edən şirkətin fəaliyyətini stimullaşdırır. Amma keyfiyyətsiz məhsul və xidmət təklifi şirkəti sıradan çıxarır. Ona görə də şirkətlər fəaliyyətini təkmilləşdirməyə yönəlməlidir. Bunun üçün dövlət müəyyən tədbirlər görür. Amma bu qanunvericilik elə bir sahəyə məxsudur ki, mütamadi şəkildə təkmilləşdirilməsinə ehtiyac var.

Bu gün sahibkarlar elə “alətlərdən” istifadə edirlər ki, bu rəqabət mühitinə mənfi təsir göstərir. Ona görə də bu sahədə tez-tez monitoriqlər aparılmalıdır. Bu sahə ölkə iqtisadiyyatının əsasını təşkil edir. Bu gün biz ölkədə həm yerli, həm də xarici investorların çoxalmasını istəyiriksə, bu sahədə tam şəffaf mühit formalaşdırmalıyıq. Reytinq təşkilatlarına baxsaq, Azərbaycanın bu sahədə getdikcə irəliləyiş əldə etdiyinə şahid olarıq”.

Qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi dövlət vəsaitləri hesabına malların, işlərin və xidmətlərin satın alınması sahəsində dövlət siyasətini həyata keçirir. Bu məqsədlə Dövlət Xidməti:

  • Azərbaycan Respublikasında dövlət satınalmalarını tənzimləyən normativ hüquqi bazanın yaradılmasında və təkmilləşdirilməsində iştirak edir;
  • Dövlət vəsaiti hesabına malların, işlərin və xidmətlərin müsabiqə əsasında satın alınmasının qanuniliyinə və müqavilələrin icrasına nəzarət edir, mübahisəli məsələləri araşdırır, qanunvericiliyin pozulması hallarını aşkar etdikdə satınalma prosedurlarını 7 bank gününədək dayandırır və zəruri hallarda satınalan təşkilat qarşısında tenderin nəticələrinin ləğv edilməsi barədə məsələ qaldırır;
  • Dövlət satınalmalarının təşkili və aparılması üzrə satınalan təşkilatlara metodiki və təşkilati kömək göstərir, məsləhətlər verir, mütəxəssislərin ixtisas səviyyəsinin artırılması üçün kurslar yaradır, seminarlar və konfranslar keçirir, müvafiq tədris-metodiki materialları hazırlayır;
  • Dövlət satınalmalarına dair hesabatların tərtibi qaydalarını müəyyənləşdirir, dövlət satınalmalarını tənzimləyən normativ hüquqi aktların, sənədlərin və məlumatların ictimaiyyətə çatdırılmasını təmin edir;
  • Dövlət satınalmaları üzrə illik hesabatları hazırlayır və müvafiq icra hakimiyyəti orqanlarına təqdim edir.
  • Dövlət satınalmaları üzrə tenderlər, təkliflər və kotirovka sorğuları barədə elanlar və onların nəticələrinə dair məlumatların yerləşdirildiyi dövlət satınalmalarının rəsmi internet saytını yaradır;
  • Satınalan təşkilatların, malgöndərənlərin dövlət satınalmalarının vahid internet portalından istifadə etmələri üçün onlara metodiki köməklik göstərir, məsləhətlər verir;
  • Dövlət satınalmalarının vahid internet portalında mövcud olan informasiya resurslarının təhlükəsizliyinin qorunması üçün tədbirlər görür.

Qanunla buradan tanış ola bilərsiniz.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

AMB-nin bu günə olan valyuta məzənnələri

AMB-nin bu günə olan valyuta məzənnələri

BƏƏ ilə COP29 çərçivəsində tərəfdaşlıq barədə müzakirələr aparılıb

BƏƏ ilə COP29 çərçivəsində tərəfdaşlıq barədə müzakirələr aparılıb

XƏBƏR LENTİ
  • 00:32

    XİN: Terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi qəbuledilməzdir
    XİN: Terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi qəbuledilməzdir
  • Dünən
    23:41

    Zelenski Almaniyanın Prezidenti ilə görüşüb
  • Dünən
    23:33

    Rusiya Aerokosmik Qüvvələri Suriyada silahlıların iki bazasına zərbələr endirib
  • Dünən
    23:16

    “Milton” qasırğası nəticəsində ölənlərin sayı artıb
  • Dünən
    22:59

    Rusiya FHN Ukraynaya məxsus PUA-nın hücumuna məruz qalıb
  • Dünən
    22:47

    Fernandu Santuş: "İlk qolu buraxdıqdan sonra komanda da ruh düşkünlüyü yarandı"
  • Dünən
    22:39

    BMT: İsrailin hücumları bütün beynəlxalq hüquqa əsaslanan nizama təsir edir
  • Dünən
    22:18

    Yalçın Rəfiyev Kiçik Ada Dövlətləri Alyansının nümayəndələri ilə görüşüb
Menyu