Menyu

SN: Ölkəmizdə kraken variantının aşkar edilməsi üçün testlər mövcuddur - EKSKLÜZİV

Nərmin Qocamanlı
SN: Ölkəmizdə kraken variantının aşkar edilməsi üçün testlər mövcuddur - EKSKLÜZİV

Son günlər dünya və qonşuluqdakı bəzi ölkələrdə koronavirusun omikron variantının yeni altnövü olan "kraken"  XBB.1.5 variantı aşkarlanıb.

Azərbaycanda "kraken" variantının aşkarlanması üçün testlərin olub-olmaması mövzusu gündəmə gəlib.

"Operativ Media" mövzu ilə əlaqədar Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb. 

Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, hazırda ölkədə "COVID-19 " virusunun aşkarlanması, virusunun növünün müəyyən edilməsi, həmçinin  “Omicron” variantının altnövünün aşkar edilməsi üçün test dəstləri və laboratoriya imkanları mövcuddur.

Qeyd edilib ki, omikronun yeni ştamı (kraken) Azərbaycanda hələ qeydə alımayıb. Epidemioloji vəziyyət nəzarət altındadır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Operativ Media"nın sorğusuna cavab olaraq bildirib ki, "COVID-19" virusunun bütün ştamlarını aşkar edə bilən 450 sayda test alınıb. Bu testlər koronavirusun omikron stamının yeni altnövü olan "kraken" ştamını da müəyyən edə bilir.

***

Həmçinin bax: Kraken variantı nədir? Necə yayılır, əlamətləri nələrdir?

 

Nərmin Qocamanova 

Əlaqəli Xəbərlər