13.Noyabr.2024, 13:26
Gürcüstan millisi Vili Sanyolla müqaviləni uzadıb
Gürcüstan millisinin fransalı baş məşqçisi Villi Saynol və Gürcüstan Futbol Federasiyası Millətlər Liqasının qrup mərhələsinin son iki oyunu öncəsi əməkdaşlığın uzadıldığını açıqlayıb.
"Operativ Media" federasiyasının saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssisin yeni müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub.
Villi Sanyol 2021-ci ilin fevral ayından Gürcüstan millisinə rəhbərlik edir.
Vili Sanyolun rəhbərliyi altında Gürcüstan millisi 42 oyun keçirib, 20-də qalib gəlib, 16-da uduzub, 6-nı isə heç-heçə başa vurub.
Millətlər Liqasının C divizionunda qalib gələn Gürcüstan millisi bu il B divizionunda çıxış edir və Ukrayna, Çexiya və Albaniya ilə keçirdiyi 4 oyundan sonra ikinci yerdədir.