Menyu

"Hall Siti" yeni baş məşqçisini açıqladı

Əziz Əzizli
"Hall Siti" yeni baş məşqçisini açıqladı
1 dəq oxu

"Operativ Media" xəbər verir ki, Çempionşip təmsilçisini Ruben Selles çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı ispan mütəxəssislə 2027-ci ilin yayında kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Ruben Selles daha əvvəl Azərbaycanda çalışıb. 41 yaşlı mütəxəssis 2012-2014-cü illərdə "Neftçi"də, 2015-2017-ci illərdə isə "Qarabağ"da köməkçi məşqçi vəzifəsini yerinə yetirib.

Əlaqəli Xəbərlər