26 Yanvar 2023, 09:38
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və TÜBİTAK arasında əməkdaşlıq davam edir
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və TÜBİTAK arasında əməkdaşlıq davam edir şəkil
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və TÜBİTAK arasında əməkdaşlıq davam edir

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında işgüzar səfərdədir.

"Operativ Media" xəbər verir ki, 25 Yanvar tarixində başlayan səfər çərçivəsində nümayəndə heyəti İstanbul şəhərində yerləşən Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin Elm və Texnoloji Tədqiqatlar Şurasının (TÜBİTAK) İnformatika və İnformasiya Təhlükəsizliyi üzrə Tədqiqatlar Mərkəzini (BİLGEM) ziyarət etmiş, Xidmət rəisi İlqar Musayev TÜBİTAK BİLGEM Mərkəzinin prezidenti Dr. Ali Görçin və digər rəsmilərlə görüşmüşdür. Daha sonra nümayəndə heyətinə TÜBİTAK BİLGEM-in tarixi, fəaliyyət istiqamətləri, müəllifi olduqları elmi, texniki-texnoloji həllər və Dövlət Sertifikat Xidmətləri Mərkəzinin (KamuSM) fəaliyyəti barədə geniş məlumat verilmişdir.

Xatırladaq ki, 2022-ci ilin 12 dekabr tarixində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev ilə Türkiyə Respublikasının İnformatika və İnformasiya Təhlükəsizliyi üzrə Tədqiqatlar Mərkəzinin Prezidenti Dr. Ali Görçin “Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə TÜBİTAK BİLGEM arasında birgə əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanmışdır.

Son xəbərlər
Dəməşq hava limanı bərpa edilir
Güclü külək meteohəssas insanlarda narahatlıq yarada bilər
Dövlət qulluğuna qəbul imtahanında 265 namizəd uğur qazanıb
Magistraturaya qəbul imtahanı keçirilib - YENİLƏNİB
DİM xarici dil üzrə fəlsəfə doktoru imtahanı keçirib
Trampın qadağanı ləğv etdiyi "MK-84" bombalar İsrailə çatdırılıb
Tehranda Xəzər İqtisadi Forumu keçiriləcək
İtkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən olunub