14 Fevral 2023, 10:58
İnformasiya sızmasının qarşısının alınması məqsədilə yeni proqram təminatı istifadəyə verilib
İnformasiya sızmasının qarşısının alınması məqsədilə yeni proqram təminatı istifadəyə verilib şəkil
İnformasiya sızmasının qarşısının alınması məqsədilə yeni proqram təminatı istifadəyə verilib

Dövlət qurumlarında informasiya təhlükəsizliyinin gücləndirilməsi və informasiya sızmasına səbəb ola bilən yerli və xarici disk daşıyıcılarından asılılığı aradan qaldırmaq üçün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yeni "share.gov.az" platformasını istifadəyə vermişdir.

"Operativ Media" xəbər verir ki, qeyd olunan platforma, "wetransfer", "dropbox", "boxca" və bu kimi platformalara etibarlı alternativdir. Platforma istifadəçilərə, həm qarşı tərəflə bölüşülməsi istənilən faylların müvəqqəti saxlanc sistemində 5 dəqiqədən 15 gün intervalınadək saxlama, həm də istifadəçi şifrəsi ilə simmetrik şifrləmə imkanını verir. Bu da təhlükəsizliyin təmin olunması və məlumatların kənar müdaxilələrdən qorunması baxımından çox əhəmiyyətlidir.

Yalnız “AzStateNet” şəbəkəsinə qoşulmuş dövlət qurumları sözügedən platformaya fayl yükləmə imkanına malikdir. İstənilən şəbəkə istifadəçisi əldə etdiyi keçid (link) vasitəsilə (şifrələndiyi halda, şifrə vasitəsilə) yüklənmiş faylları endirə bilər. Platformadan istifadə zamanı istifadəçilərin maarifləndirilməsi məqsədilə interfeysə avtomatik yenilənən informasiya təhlükəsizliyi tövsiyələri - "Kibertövsiyə" bölməsi əlavə olunmuşdur.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarının əməkdaşlarına informasiya sızmasına səbəb ola biləcək kənar xidmətlərdən istifadə etməməyi və məlumat bölüşməsi üçün yalnız "share.gov.az" platformasını tətbiq etməyi tövsiyə edir.

Son xəbərlər
Dövlət qulluğuna qəbul imtahanında 265 namizəd uğur qazanıb
Magistraturaya qəbul imtahanı keçirilib - YENİLƏNİB
DİM xarici dil üzrə fəlsəfə doktoru imtahanı keçirib
Trampın qadağanı ləğv etdiyi "MK-84" bombalar İsrailə çatdırılıb
Tehranda Xəzər İqtisadi Forumu keçiriləcək
İtkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən olunub
Peskov: Tramp istənilən zaman Rusiyaya gələ bilər
Rusiyada zəlzələ baş verib