http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

“Oqtay Əliyev sükan arxasında özünü pis hiss edib” - Qəza ilə bağlı RƏSMİ AÇIQLAMA

22 Mart 2023 , 19:35
“Oqtay Əliyev sükan arxasında özünü pis hiss edib” - Qəza ilə bağlı RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

"Operativ Media" xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hadisə nəticəsində 1 nəfər vəfat edib, 2 xanım xəsarət alıb. 

Məlumata görə, Hadisə “Vaz” dairəsindən Saray qəsəbəsinə gedən yolda baş verib.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin inspektoru Toğrul Nəsirli açıqlamasında bildirib ki, hadisə zamanı avtomobili O.Əliyev idarə edirmiş: 

“Mərhumun həyat yoldaşı Dilarə xanım ilkin ifadəsində bildirib ki, avtomobillə Bakı-Sumqayıt yolunun “Vaz” dairəsi ilə Saray qəsəbəsi arasındakı hissəsində hərəkətdə olarkən  Oqtay Əliyev sükan arxasında özünü pis hiss edib. Onun səhhətində qəfil problem yaranıb və avtomobilin idarəetməsini itirib, nəticədə nəqliyyat vasitəsi maneəyə çırpılaraq yolun kənarına aşıb. O.Əliyevin hadisə yerində öldüyü məlum olub”.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Türkiyədə 4,4 maqnitudalı zəlzələ olub

Türkiyədə 4,4 maqnitudalı zəlzələ olub

Komitə: Xəqani parkındakı qanun pozuntusu aradan qaldırılıb

Komitə: Xəqani parkındakı qanun pozuntusu aradan qaldırılıb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

XƏBƏR LENTİ
  • 06:01

    ABŞ ordusu helikopterlərini modernləşdirməyi planlaşdırır
  • 05:43

    Türkiyədə 4,4 maqnitudalı zəlzələ olub
  • 05:40

    Millətlər Liqası: Türkiyə və İtaliya inamlı qələbə qazandılar
  • 05:34

    Komitə: Xəqani parkındakı qanun pozuntusu aradan qaldırılıb
  • Dünən
    23:38

    Rusiya Odessa limanını vurub
  • Dünən
    23:16

    Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
  • Dünən
    23:10

    Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq
    Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    22:59

    Hindistan səfirini Kanadadan geri çağırır
Menyu