http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 15 ° C

Hindistan səfirini Kanadadan geri çağırır

14 Oktyabr 2024 , 22:59
Hindistan səfirini Kanadadan geri çağırır

Hindistan Xarici İşlər Nazirliyi ölkənin Kanadadakı səfiri Sancay Kumar Varmanı və bir neçə digər diplomatı təhlükəsizliklə bağlı narahatlıqlara görə geri çağırmaq qərarına gəlib.

"Operativ Media" xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin press-relizində deyilir.

“Ekstremizm və zorakılıq şəraitində Trüdo hökumətinin hərəkətləri diplomatların təhlükəsizliyini təhlükə altına qoyub. Hazırkı Kanada hökumətinin onların təhlükəsizliyinə sadiqliyinə inanmırıq. Buna görə də Hindistan hökuməti səfiri və digər təqib edilən diplomatları və rəsmiləri geri çağırmaq qərarına gəlib”, - qurumdan bildirilib.

Xatırladaq ki, daha əvvəl Hindistan XİN Kanadanın rəsmi Delhinin Ottavadakı səfirinin Kanadanın sinqh icmasının liderlərindən biri Hardip Sinqh Nicara qarşı sui-qəsddə iştirak etməsi ilə bağlı ittihamlarını rədd edib.

Qeyd olunur ki, Kanadanın Yeni Delhidəki səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb və ona Kanadada Hindistan səfirinin və digər diplomat və rəsmilərin əsassız təqib edilməsinin tamamilə qəbuledilməz olduğu çatdırılıb.

Həmçinin vurğulanıb ki, Hindistan Trüdo hökumətinin Hindistana qarşı ekstremizm, zorakılıq və separatizmi dəstəkləməsinə cavab olaraq əlavə addımlar atmaq hüququnu özündə saxlayır.

OXŞAR XƏBƏRLƏR
Ərdoğan başda Azərbaycan olmaqla zəlzələdə yardım edən ölkələrə təşəkkürünü bildirib

Ərdoğan başda Azərbaycan olmaqla zəlzələdə yardım edən ölkələrə təşəkkürünü bildirib

Türkiyə Böyük Millət Məclisinin sədri erməni həmkarı ilə görüşüb

Türkiyə Böyük Millət Məclisinin sədri erməni həmkarı ilə görüşüb

COP29-da Macarıstanı Viktor Orban təmsil edəcək

COP29-da Macarıstanı Viktor Orban təmsil edəcək

XƏBƏR LENTİ
  • Dünən
    23:38

    Rusiya Odessa limanını vurub
  • Dünən
    23:16

    Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
  • Dünən
    23:10

    Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq
    Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    22:59

    Hindistan səfirini Kanadadan geri çağırır
  • Dünən
    22:49

    Fernandu Santuş: "Məqsədimiz gələcəkdə daha yaxşı futbol nümayiş etdirməkdir"
  • Dünən
    22:47

    Rusiya Ukraynanın mümkün kimyəvi təxribatları ilə bağlı narahatlığını bildirib
  • Dünən
    22:38

    Putin Dövlət Dumasına KXDR ilə tərəfdaşlıq sazişinin ratifikasiyası haqqında qanun layihəsi təqdim edib
  • Dünən
    22:23

    Zelenski Ukraynanın qələbə planını təqdim edəcək
Menyu