http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 15 ° C

Rusiya Odessa limanını vurub

14 Oktyabr 2024 , 23:38
Rusiya Odessa limanını vurub

“Oktyabrın 14-də Rusiya qoşunları yenidən ballistik raketlərlə Odessanın liman infrastrukturuna hücum edib. Bir həlak olan, səkkiz yaralı var”.

"Operativ Media" xəbər verir ki, bu barədə Ukraynanın Baş nazirin ərazi bərpası üzrə müavini Aleksey Kuleba “Telegram” kanalında yazıb.

“Bir həftə əvvəl gəmi ballistik hücum nəticəsində artıq zədələnmişdi. O vaxt əcnəbilər - ekipaj üzvləri zərər çəkdi. Bu gün başqa bir gəmi - Beliz bayrağı altında “NS Moon” gəmisi zədələnib”, - deyə Baş nazirin müavini qeyd edib.

Hücum zamanı taxıl anbarına, yük kranlarına, anbarlara, avadanlıqlara, Dəniz Limanları Administrasiyasının filialının binalarına, avtomobillərə ziyan dəyib.

Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, zərərçəkənlər xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağırdır.

“Həkimlər bütün lazımi yardımı göstərirlər. Bütün yaralılar və həlak olan liman infrastrukturunun işçiləri, Ukrayna vətəndaşlarıdır”, - deyə Kiper vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
Hindistan səfirini Kanadadan geri çağırır

Hindistan səfirini Kanadadan geri çağırır

Rusiya Ukraynanın mümkün kimyəvi təxribatları ilə bağlı narahatlığını bildirib

Rusiya Ukraynanın mümkün kimyəvi təxribatları ilə bağlı narahatlığını bildirib

Putin Dövlət Dumasına KXDR ilə tərəfdaşlıq sazişinin ratifikasiyası haqqında qanun layihəsi təqdim edib

Putin Dövlət Dumasına KXDR ilə tərəfdaşlıq sazişinin ratifikasiyası haqqında qanun layihəsi təqdim edib

XƏBƏR LENTİ
  • Dünən
    23:38

    Rusiya Odessa limanını vurub
  • Dünən
    23:16

    Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
  • Dünən
    23:10

    Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq
    Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    22:59

    Hindistan səfirini Kanadadan geri çağırır
  • Dünən
    22:49

    Fernandu Santuş: "Məqsədimiz gələcəkdə daha yaxşı futbol nümayiş etdirməkdir"
  • Dünən
    22:47

    Rusiya Ukraynanın mümkün kimyəvi təxribatları ilə bağlı narahatlığını bildirib
  • Dünən
    22:38

    Putin Dövlət Dumasına KXDR ilə tərəfdaşlıq sazişinin ratifikasiyası haqqında qanun layihəsi təqdim edib
  • Dünən
    22:23

    Zelenski Ukraynanın qələbə planını təqdim edəcək
Menyu