http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 15 ° C

Ağdaş polisinin əməliyyatları nəticəsində 15 nəfər saxlanılıb

29 Mart 2023 , 08:55
Ağdaş polisinin əməliyyatları nəticəsində 15 nəfər saxlanılıb

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən, oğurluq cinayəti törədən və üzərində soyuq silah gəzdirən ümumilikdə 15 nəfər saxlanılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, şöbənin Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə Qrupunun  əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin saxlanması, daşınması və satışı ilə məşğul olan şəxslərə qarşı son 1 ay ərzində keçirilən əməliyyatlar zamanı 11 nəfər tutularaq məsuliyyətə cəlb edilib. Saxlanılan-Xəyal Baxışov, Murad Bəhərçinov, Baba Beydullayev, Həsən Həsənov, Firuddun Məmmədov, Kamran Mamedov, Orxan Qasımov, Əli Quliyev, Arzu Səmədov, Camal Umarov və İlqar Nağıyevdən müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb. Onlar ifadələrində narkotiklərin dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.


Polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə qabaqcadan əlbir olaraq rayon ərazisində dəmir boruları oğurlayan - Eldəniz Mirzəyev, Azər və İlkin Məmmədovlar, eləcə də avtomobilində soyuq silah hesab edilən xəncər gəzdirən Pünhan İsmayılov saxlanılıb. 


Faktlarla bağlı rayon polis şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Səkkiz marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir

Səkkiz marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir

330 000 manat məbləğində aksiz markasız tütün məmulatının ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

330 000 manat məbləğində aksiz markasız tütün məmulatının ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycanda sərnişin qatarlarında sürət həddi bərpa edilib

Azərbaycanda sərnişin qatarlarında sürət həddi bərpa edilib

XƏBƏR LENTİ
  • 13:58

    Rusiyanın müdafiə naziri Pekinə səfər edib
  • 13:56

    İqtisadiyyat üzrə Nobel mükafatı laureatları açıqlanıb
    İqtisadiyyat üzrə Nobel mükafatı laureatları açıqlanıb
  • 13:48

    HHQ-nin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edib - VİDEO
    HHQ-nin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edib - VİDEO
  • 13:41

    Səkkiz marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • 13:33

    Avropa İttifaqının xarici işlər nazirləri İrana qarşı sanksiyaları təsdiqləyib
  • 13:30

    İran Parlamentinin sədri Sahibə Qafarova ilə görüşüb
  • 13:30

    ƏDV nədir və necə istifadə edilir?
  • 13:23

    330 000 manat məbləğində aksiz markasız tütün məmulatının ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Menyu