http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

330 000 manat məbləğində aksiz markasız tütün məmulatının ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

14 Oktyabr 2024 , 13:23
330 000 manat məbləğində aksiz markasız tütün məmulatının ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi, qaçaqmalçılıq və qanunsuz fəaliyyətə qarşı mübarizə tədbirləri davam etdirilir.

DSX-dan "Operativ Media"ya verilən məlumata görə, oktyabr ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bölmələri və Dövlət Sərhədinin Mühafizəsi tapşırığını yerinə yetirən sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində külli miqdarda tütün məmulatının Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınmışdır.

Xəzər dənizinin Azərbaycan Respublikasının ərazi sularında sərhəd və üzmə rejimini pozan üzmə vasitəsinin axtarışı ilə bağlı dövlət sərhədinin və neft-qaz infrastrukturunun mühafizəsində olan sərhəd gəmiləri tərəfindən aparılmış axtarış tədbirləri nəticəsində dənizdə 85 (səksən beş) ədəd şübhəli bağlama müəyyən olunub.

Bağlamalara baxış zamanı dəyəri təqribən 330 000 (üç yüz otuz min) AZN məbləğində aksiz markasız 111 072 (yüz on bir min yetmiş iki) qutu müxtəlif çeşidli tütün məmulatları aşkar olunaraq götürülmüşdür.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

OXŞAR XƏBƏRLƏR
Avtomobil nə zaman cərimə meydançasına aparılır?

Avtomobil nə zaman cərimə meydançasına aparılır?

Baş Prokurorluq: Hərbi xidmətə çağırışdan boyun qaçırma halları ilə bağlı 56 cinayət işi açılıb

Baş Prokurorluq: Hərbi xidmətə çağırışdan boyun qaçırma halları ilə bağlı 56 cinayət işi açılıb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyətlər verilib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyətlər verilib

XƏBƏR LENTİ
  • 15:58

    Paşinyan və Tokayev arasında telefon danışığı olub
  • 15:54

    "Sumqayıt" Vaqif Cavadova tapşırıldı
  • 15:45

    Baş Prokurorluq: Hərbi xidmətə çağırışdan boyun qaçırma halları ilə bağlı 56 cinayət işi açılıb
  • 15:30

    "Qarabağ"ın rəqibi iki futbolçusunu heyətdən kənarlaşdırıb
  • 15:30

    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyətlər verilib
  • 15:21

    Bir sıra məhkəmələrə sədr və sədr müavinlərini təyin edilib - SƏRƏNCAM
    Bir sıra məhkəmələrə sədr və sədr müavinlərini təyin edilib - SƏRƏNCAM
  • 15:18

    Pezeşkian Şahin Mustafayevi qəbul edib
    Pezeşkian Şahin Mustafayevi qəbul edib
  • 15:15

    Samir Abasov "Neftçi"ni çalışdıracaq - RƏSMİ
Menyu