http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

ƏDV nədir və necə istifadə edilir?

14 Oktyabr 2024 , 13:30
ƏDV nədir və necə istifadə edilir?

2024-cü ilin yanvar-sentyabr ayları ərzində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 130 milyon 573,9 min manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb. Habelə 2024-cü ilin yanvar-sentyabr ayları ərzində nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılan həcmi 16 milyon 462,6 min manatdan çox olub.

Bəs ƏDV ilə bağlı nə bilirik?

Operativ Media” vətəndaşlar üçün ƏDV ilə bağlı əsas sualları araşdırıb.

Hansı obyektlərdən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsi geri qaytarılır?

Supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, habelə tibbi xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsini geri almaq mümkündür. Bu zaman istehlakçı fiziki şəxs olmalı, ƏDV ödəyicisi olan satıcı isə yeni nəsil kassa aparatlarından istifadə etməlidir.

ƏDV-nin bir hissəsini geri almaq üçün harada qeydiyyatdan keçməliyik?

İstehlakçı şəxsiyyətini təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və mobil telefon nömrəsi vasitəsilə edvgerial.az portalında qeydiyyatdan keçməlidir. Bu zaman portalda elektron kabinet yaradılır.

ƏDV-nin bir hissəsini geri almaq üçün konkret hansı prosedurları yerinə yetirmək lazımdır?

İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Bütün istifadəçilər BirBank tətbiqi vasitəsilə də çekin üzərində olan QR kodu “skan” edə və ƏDV-ni daha rahatlıqla geri qaytara bilər. Bu zaman ƏDV-nin geri qaytarılması ilə bağlı sorğu elektron kabinetdə avtomatik əks olunacaq.

QR kod vasitəsilə ƏDV-ni geri qaytarılması:

BirBank mobil tətbiqi vasitəsilə çekin üzərində əks olunan "QR kodu" oxutmaq, açılan pəncərədə ƏDV-nin geri qaytarılmasını təsdiq etmək kifayətdir.

Çek üzrə "gözləmə" statusu nə deməkdir?

Çekin yaranma tarixindən 30 təqvim günü keçmədiyi halda, çekin fiskal ID-si portala daxil edilərkən ƏDV-nin qaytarılmasına dair sorğu “gözləmə” status ilə “tarixçə” bölməsində saxlanılır.

Alıcı hər hansı malı qaytardıqda, ƏDV məbləği qaytarılır?

Çek üzrə ƏDV hələ qaytarılmadıqda, ödənilmiş tam məbləğ, ƏDV qaytarıldıqda isə qaytarılmış ƏDV məbləğ çıxılmaqla formalaşan məbləğ qaytarılır.

Geri qaytarılmış ƏDV məbləğindən necə istifadə edə bilərəm?

İstifadəçi virtual “pul qabı”na toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişləri, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilər.

Son olaraq iqtisadçı Emin Qəribli ƏDV ilə məhsul deyərinin neçə faizinin qaytarılmasına aydınlıq gətirib:

“Əlavə dəyər vergisinin qaytarılması qaydasının 5.6 bəndinə əsasən Müvəkkil bank 10 (on) gün müddətində istehlakçının bank hesabına qaytarılmalı ƏDV məbləğini milli valyutada bank kartına (və ya hesabına) köçürmə yolu ilə qaytarır. Vergi Məcəlləsinin 165.5-ci maddəsinə uyğun olaraq, qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir”.

Qeyd: Xəbər hazırlanarkən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi rəsmi məlumatlarından istifadə edilmişdir.

OXŞAR XƏBƏRLƏR
Yanvar-sentyabr aylarında iqtisadiyyata 12.7 mlrd. manatdan çox investisiya qoyulub

Yanvar-sentyabr aylarında iqtisadiyyata 12.7 mlrd. manatdan çox investisiya qoyulub

Azərbaycanda iqtisadi artım 4,7%-ə çatıb

Azərbaycanda iqtisadi artım 4,7%-ə çatıb

Orta aylıq əmək haqqı 8 % artıb

Orta aylıq əmək haqqı 8 % artıb

XƏBƏR LENTİ
  • 15:58

    Paşinyan və Tokayev arasında telefon danışığı olub
  • 15:54

    "Sumqayıt" Vaqif Cavadova tapşırıldı
  • 15:45

    Baş Prokurorluq: Hərbi xidmətə çağırışdan boyun qaçırma halları ilə bağlı 56 cinayət işi açılıb
  • 15:30

    "Qarabağ"ın rəqibi iki futbolçusunu heyətdən kənarlaşdırıb
  • 15:30

    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyətlər verilib
  • 15:21

    Bir sıra məhkəmələrə sədr və sədr müavinlərini təyin edilib - SƏRƏNCAM
    Bir sıra məhkəmələrə sədr və sədr müavinlərini təyin edilib - SƏRƏNCAM
  • 15:18

    Pezeşkian Şahin Mustafayevi qəbul edib
    Pezeşkian Şahin Mustafayevi qəbul edib
  • 15:15

    Samir Abasov "Neftçi"ni çalışdıracaq - RƏSMİ
Menyu