http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

DİN: Son 20 gündə 46 nəfər saxlanılıb, 250 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

29 Mart 2023 , 11:48
DİN: Son 20 gündə 46 nəfər saxlanılıb, 250 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Novruz bayramı günlərində polisin də istirahətdə olduğunu və narkotiklərlə mübarizə aparmadığı zənn edən Lənkəran şəhər sakini Vüsal Tahirov bir müddət idi ki, planlaşdırdığı cinayəti reallaşdırmaq üçün hər kəsin evində bayram süfrəsi ətrafında əyləşdiyi bir vaxtda İranda yaşayan narkotacir tanışının qaçaqmalçılıq yolu ilə göndərdiyi külli miqdarda narkotiki əldə etmək üçün hərəkətə başlayır. Amma Vüsal Tahirov ağlına belə gəlməzdi ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onun barəsində əldə etdikləri əməliyyat məlumatını reallaşdırmaq üçün günlərdir məhz bu anı gözləyirdilər. Əməliyyat uğurla baş tutur və Vüsal Tahirov polislər tərəfindən saxlanılır. Onun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı ümumilikdə 62 kiloqram, o cümlədən 23 kiloqram heroin, 7 kiloqram tiryək, 24 kiloqram marixuana və 8 kiloqram metamfetamin aşkar edilir.  
Bu polisin istirahət günlərində narkotiklərin qanusnuz dövriyyəsinə qarşı həyata keçirdiyi əməliyyatlardan yalnız biridir. Müxtəlif şərti adlar altında İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə külli miqdarda narkotik vasitələr göndərən şəxslərin Azərbaycandakı dayaqlarına qarşı Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 20 gündə paytaxt və bölgələrdə keçirilən silsilə əməliyyatlar zamanı 5 mütəşəkkil dəstə, o cümlədən 46 nəfər saxlanılıb, 1 nəfər isə polisə odlu silahla müqavimət göstərdiyi üçün zərərsizləşdirilib. Qanunsuz dövriyyədən 250 kiloqram müxtəlif xassəli narkotik vasitə, psixotrop maddə, elektron tərəzilər və 11 min ədəd ekstazi və metadon həbi çıxarılıb. 
Sonuncu silsilə əməliyyatlar zamanı İrandan Azərbaycana narkotik vasitələri qeyri-leqal yollarla göndərən kanallardan daha bir neçəsinə zərbə endirilib.
Saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Avtomobil nə zaman cərimə meydançasına aparılır?

Avtomobil nə zaman cərimə meydançasına aparılır?

Baş Prokurorluq: Hərbi xidmətə çağırışdan boyun qaçırma halları ilə bağlı 56 cinayət işi açılıb

Baş Prokurorluq: Hərbi xidmətə çağırışdan boyun qaçırma halları ilə bağlı 56 cinayət işi açılıb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyətlər verilib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyətlər verilib

XƏBƏR LENTİ
  • 15:58

    Paşinyan və Tokayev arasında telefon danışığı olub
  • 15:54

    "Sumqayıt" Vaqif Cavadova tapşırıldı
  • 15:45

    Baş Prokurorluq: Hərbi xidmətə çağırışdan boyun qaçırma halları ilə bağlı 56 cinayət işi açılıb
  • 15:30

    "Qarabağ"ın rəqibi iki futbolçusunu heyətdən kənarlaşdırıb
  • 15:30

    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyətlər verilib
  • 15:21

    Bir sıra məhkəmələrə sədr və sədr müavinlərini təyin edilib - SƏRƏNCAM
    Bir sıra məhkəmələrə sədr və sədr müavinlərini təyin edilib - SƏRƏNCAM
  • 15:18

    Pezeşkian Şahin Mustafayevi qəbul edib
    Pezeşkian Şahin Mustafayevi qəbul edib
  • 15:15

    Samir Abasov "Neftçi"ni çalışdıracaq - RƏSMİ
Menyu