http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı  Daxili İşlər Nazirliyinin əməkdaşları ağacəkmə aksiyası keçirib

06 Aprel 2023 , 16:43
Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı  Daxili İşlər Nazirliyinin əməkdaşları ağacəkmə aksiyası keçirib

Müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində Daxili İşlər Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı nəticəsində paytaxtın Qaradağ rayonu Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib. Tədbirdə hər iki qurumun rəhbər şəxsləri, polis əməkdaşları və Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları iştirak ediblər.

Azərbaycan təbiətinin böyük hamisi ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş  tədbirdə yerli iqlimə uyğun olaraq 1000-ə yaxın Eldar şamı əkilib, ərazidə olan bitkilərə qulluq göstərilib, yaşıllıq zonasında təmizlik işləri aparılıb.

Qeyd edək ki, ulu öndər  Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin əməkdaşları digər dövlət orqanları ilə birlikdə mütəmadi olaraq məqsədyönlü tədbirlər həyata keçirir. 

OXŞAR XƏBƏRLƏR
"Telegram"a 10 yeni funksiya əlavə olunacaq

"Telegram"a 10 yeni funksiya əlavə olunacaq

İnsanların asan pul qazanmaq arzusuyla düşdükləri tələlər: Piramida üsulu nədir?

İnsanların asan pul qazanmaq arzusuyla düşdükləri tələlər: Piramida üsulu nədir?

Qarabağ Universitetinin tələbələri üçün bir il təcrübə proqramının keçirilməsi planlaşdırılır

Qarabağ Universitetinin tələbələri üçün bir il təcrübə proqramının keçirilməsi planlaşdırılır

XƏBƏR LENTİ
  • 10:15

    Azərbaycanda “Halal” sertifikatlarının təqdim edilməsinə başlanılır
  • 10:13

    Məhkəmə “Spring San Tex” şirkəti ilə bağlı qərar verib
  • 10:04

    PSJ futbolçuları Luis Enrikedən narazıdır
  • 10:04

    Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO nümayəndə heyəti ilə görüşüb - VİDEO
    Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO nümayəndə heyəti ilə görüşüb - VİDEO
  • 09:59

    KİV: ABŞ və ərəb ölkələri İranla gizli danışıqlar aparır
  • 09:45

    Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
  • 09:29

    "Bavariya" Musialaya 25 milyon avro məvacib ödəməyə hazırdır
  • 09:28

    Azərbaycan nefti ucuzlaşıb
Menyu