http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Aqrar Universitetinin dekanı barəsində cinayət işi məhkəməyə göndərilib

05 May 2023 , 15:27
Aqrar Universitetinin dekanı barəsində cinayət işi məhkəməyə göndərilib

Azərbaycan Dövlət Aqrar Universitetinin sabiq fakültə dekanı Famil Nəsibovun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

Baş Prokurorluqdan "Operativ Media"ya verilən məlumata görə, ibtidai istintaq zamanı Famil Nəsibovun qeyd olunan vəzifədə işləyərkən rəhbərlik etdiyi fakültədə keçirilən dərslərdə iştirak etməyən tələbələrin imtahanlara buraxılması, onlara məqbul qiymətlərin yazılması və digər güzəştlərin edilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Famil Nəsibova Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) maddəsi ilə yekun ittiham elan edilərək barəsində əsas qətimkan tədbiri qismində ev dustaqlığı, əlavə qətimkan tədbiri qismində isə vəzifədən kənarlaşdırma seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

OXŞAR XƏBƏRLƏR
İlqar Musayev: Kiberdiplomatiya üzrə ölkəmizdə keçirilən beynəlxalq konfrans Azərbaycanın bu sahədə artan nüfuzunu əks etdirir

İlqar Musayev: Kiberdiplomatiya üzrə ölkəmizdə keçirilən beynəlxalq konfrans Azərbaycanın bu sahədə artan nüfuzunu əks etdirir

Ötən gün 10 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Ötən gün 10 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

FHN: Ötən gün 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

FHN: Ötən gün 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

XƏBƏR LENTİ
  • 11:15

    "Araz-Naxçıvan"ın qapıçısı Moldova millisinə çağırıldı
  • 11:08

    Samir Sərifov: Rəqəmsal texnologiyalardan zərərli məqsədlərlə istifadə beynəlxalq sülhə və sabitliyə ciddi təhdid yaradır
  • 10:41

    Azərbaycanda Kiberdiplomatiya üzrə Tvinniq Mərkəzi yaradılacaq
  • 10:38

    Fransalı müdafiəçi Rafael Varan zədə səbəbindən karyerasını bitirməyi düşünür
  • 10:34

    Samir Şərifov: Azərbaycan Kiberdiplomatiya sahəsində fəal iştirakını davam etdirəcək
  • 10:28

    Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub

  • 10:11

    Ötən gün 10 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Menyu