http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Binəqədi rayonunda son 9 ayda 50-yə yaxın mənzildən oğurluq edən şəxs saxlanılıb - VİDEO

23 May 2023 , 12:27
Binəqədi rayonunda son 9 ayda 50-yə yaxın mənzildən oğurluq edən şəxs saxlanılıb - VİDEO

Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsi və  6-cı Polis Bölməsinin əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Biləcəri qəsəbəsi ərazisində silsilə oğurluqlar edən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Vaqif Hümbətov müəyyən olunaraq saxlanılıb. İlkin araşdırmalar zamanı onun 7 evdən və bir avtomobildən ümumilikdə 15.900 manat, 1.222 türk lirəsi, 12.000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurladığı məlum olub.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Vaqif Hümbətov ifadəsində bu oğurluqlarla yanaşı, azadlığa buraxılandan sonra son 9 ay ərzində müxtəlif vaxtlarda Binəqədi rayonu ərazisində 50-yə yaxın evdən pul, qızıl-zinət və məişət əşyaları oğurladığını da etiraf edib.
Onun barəsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.  Vaqif Hümbətovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Binəqədi Rayon Polis İdarəsinə, “102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR
İlqar Musayev: Kiberdiplomatiya üzrə ölkəmizdə keçirilən beynəlxalq konfrans Azərbaycanın bu sahədə artan nüfuzunu əks etdirir

İlqar Musayev: Kiberdiplomatiya üzrə ölkəmizdə keçirilən beynəlxalq konfrans Azərbaycanın bu sahədə artan nüfuzunu əks etdirir

Ötən gün 10 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Ötən gün 10 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

FHN: Ötən gün 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

FHN: Ötən gün 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

XƏBƏR LENTİ
  • 11:15

    "Araz-Naxçıvan"ın qapıçısı Moldova millisinə çağırıldı
  • 11:08

    Samir Sərifov: Rəqəmsal texnologiyalardan zərərli məqsədlərlə istifadə beynəlxalq sülhə və sabitliyə ciddi təhdid yaradır
  • 10:41

    Azərbaycanda Kiberdiplomatiya üzrə Tvinniq Mərkəzi yaradılacaq
  • 10:38

    Fransalı müdafiəçi Rafael Varan zədə səbəbindən karyerasını bitirməyi düşünür
  • 10:34

    Samir Şərifov: Azərbaycan Kiberdiplomatiya sahəsində fəal iştirakını davam etdirəcək
  • 10:28

    Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub

  • 10:11

    Ötən gün 10 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Menyu