http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Məktəbdə səsləndirilən musiqi narazılığa səbəb oldu

02 İyun 2023 , 13:22
801
Məktəbdə səsləndirilən musiqi narazılığa səbəb oldu

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı ölkənin demək olar ki, hər bir yerində xüsusi tədbirlər keçirildi. Məktəblərin birində keçirilən tədbir isə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

“Operativ Media” xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə bir şagirdin azyaşlılarla birlikdə ifa etdiyi musiqi istifadəçilər tərəfindən ciddi narazılıqla qarşılanıb. Vətəndaşlar bu cür musiqilərə məktəblərdə qətiyyən yolverilməz olduğunu bildiriblər.

Məsələylə bağlı təhsil ekspertlərinin fikirləri də birmənalı deyil. Təhsil məsələləri üzrə ekspert Elşən Qafarov deyir ki, bu tipli musiqilərin məktəblərdə açıq-aşkar oxunması həmin məktəblərdə rəhbərliyin yerində olmaması ilə bağlıdır.”Bu ümumilikdə məkətblərimizdə tərbiyyə sisteminin düzgün qurulmadığından xəbər verir. Bunlar yalnız görünən tərəflərdir. Sadəcə təəssüflənməkdən başqa əlimizdən birşey gəlmir.”-deyə ekspert bildirib.

Elşən Qafarovun sözlərinə görə, məktəblərdə tərbiyyə məsələsi ilə bağlı sistemli iş aparılmalıdı.”Problem göründüyündən daha artıqdır. Bu kimi hallarda və sosial yayılmayan hadisələrlə bağlı araşdırma aparılmalı və cəza tədbiri görülməldidir. “ -deyə ekspert vurğulayıb.

Qeyd edək ki, görüntülərin hansı məktəbdə lentə alınması bildirilməyib.

OXŞAR XƏBƏRLƏR
Prokurorluq orqanlarına qulluğa qəbul imtahanın vaxtı açıqlanıb

Prokurorluq orqanlarına qulluğa qəbul imtahanın vaxtı açıqlanıb

Anım Günü münasibətilə DSX-nın struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib

Anım Günü münasibətilə DSX-nın struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib

MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxaracaq

MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxaracaq

XƏBƏR LENTİ
  • 13:16

    Nazir müavini: COP29-da Xəzərin problemi əsas mövzulardan olacaq
  • 12:55

    Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir
  • 12:40

    Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur
  • 12:37

    İsrail ordusu "Hizbullah" liderinin ölümünü təsdiqləyib
  • 12:34

    Rusiya və İran XİN başçıları görüşüb
  • 12:20

    Sumqayıtdakı restoranda yanğın söndürülüb
  • 11:59

    Sabah hava yağmursuz keçəcək
  • 11:32

    FHN: 28 yanğına çıxış olub, 1-i azyaşlı olmaqla 6 nəfər xilas edilib
Menyu