http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Masallıda yağ istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

08 İyun 2023 , 13:08
Masallıda yağ istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi ölkədə qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Operativ Media" verilən məlumata görə, görülən tədbirlər çərçivəsində Masallı Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə rayonun Qızılağac kəndi ərazisində fiziki şəxs Sadıqov Zahid Qiyas oğluna məxsus yağ istehsalı müəssisəsində yoxlama aparılıb.

Yoxlama zamanı müəssisənin qüvvədə olan normativ-hüquqi aktların tələblərinə uyğun olmadan fəaliyyət göstərdiyi, müəssisədə istehsal edilən bitki tərkibli spred yağ məhsullarının xüsusi formaya salınaraq Bakı və ətraf rayonların satış məntəqələrində “kərə yağı” adı altında satışının həyata keçirildiyi, kustar üsullarla antisanitar şəraitdə istehsal olunmuş məhsulların üzərində etiketlənmə aparılmadığı, sanitariya-gigiyena qaydalarının gözlənilmədiyi, qida məhsullarının daşınmasına dair tələblərin pozulduğu, işçi üçün sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub-geyinmə sahəsinin təşkil olunmadığı, xüsusi iş geyimi ilə təmin edilmədən fəaliyyət göstərdiyi və dövri tibbi müayinədən keçmədiyi aşkarlanıb.

Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aşkar olunan nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, müəssisənin istehsal fəaliyyəti məhdudlaşdırılıb.

OXŞAR XƏBƏRLƏR
Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Prokurorluq orqanlarına qulluğa qəbul imtahanın vaxtı açıqlanıb

Prokurorluq orqanlarına qulluğa qəbul imtahanın vaxtı açıqlanıb

Anım Günü münasibətilə DSX-nın struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib

Anım Günü münasibətilə DSX-nın struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib

XƏBƏR LENTİ
  • 00:02

    Həşim Safiəddin “Hizbullah”ın yeni baş katibi seçilib
  • Dünən
    23:33

    ABŞ Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərir
  • Dünən
    23:10

    Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq
  • Dünən
    22:24

    Kolumbiyada helikopter qəzaya uğrayıb
  • Dünən
    21:50

    İsrail husilərin neft anbarlarına zərbələr endirib
  • Dünən
    21:10

    Sumqayıtda yataqxanada partlayış baş verib - YENİLƏNİB
    Sumqayıtda  yataqxanada partlayış baş verib - YENİLƏNİB
  • Dünən
    21:00

    Azərbaycan PL: "Qarabağ" "Sabah"ı məğlub etdi
  • Dünən
    20:05

    Bakıda BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçirilib - YENİLƏNİB
    Bakıda BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçirilib - YENİLƏNİB
Menyu