http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

İranla Azərbaycan arasında olan gərginliyin səbəbi SEPAH-dır

14 İyun 2023 , 23:13
İranla Azərbaycan arasında olan gərginliyin səbəbi SEPAH-dır

"Bizim İranla aramızda olan gərginliyin səbəbi SEPAH-ın işlərə müdaxiləsidir".

Bunu  “Operativ Media” ya müsahibəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.

Fərid Şəfiyevin sözlərinə görə, proseslər göstərir ki, SEPAH faktiki olaraq İranı idarə edir. Bu yaxınlarda yüksək vəzifəli şəxslərin işindən ayrılması, yeni təyinatlar onu göstərir ki, SEPAH artıq siyasi rəhbərlik edir.

“Burda hərbi və ya kəşfiyyatdan söhbət getmir. Mən doğrusu hələ ki dönüş görmürəm. Azərbaycan və İran xarici işlər nazirləri arasında söhbət olub. Hiss olunur ki, İran xarici işlər nazirliyi istəyir ki, müəyyən addımlar atsın, gərginliyi azaltsın. Amma konkret addımlar lazımdır. Bizim məsələn Tehran səfirliyinə hücum olunub. Bununla bağlı normal bir istintaq aparılmayıb. Buna cavab verilməlidir"

Fərid Şəfiyev İranla Ermənistan arasındakı münasibətlərin son dövrlərdə yenidən fəallaşmasına da münasibət bildirib.


“İranın Ermənistanla bağlı fəaliyyətləri haqqında müəyyən məlumatlarımız var. Bununla bağlı da təbiki aydınlıq gətirilməlidir. Azərbaycan həmişə çalışıb İranla qonşu münasibətləri yaxşı olsun. Bu bizim üçün iqtisadi baxımdan, insanlar üçün faydalı olacaq. Amma prinsiplər var. Bu gərginliyi biz yaratmamışıq, İran yaradıb. Bu haqda bəzi İran mütəxəssislərinin fikirlərinə baxsaq, onlar da bildirirlər ki, İran özü birinci addımı etməlidir ki, bu gərginliyi azaltsın".

OXŞAR XƏBƏRLƏR
Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib

Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib

Baş prokuror Kamran Əliyev İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri ilə görüşüb

Baş prokuror Kamran Əliyev İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri ilə görüşüb

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Afrikada Fransanın neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfrans keçiriləcək

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Afrikada Fransanın neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfrans keçiriləcək

XƏBƏR LENTİ
  • 15:29

    Polşa Beyrutdakı səfirliyinin bəzi əməkdaşlarını təxliyə edir
  • 15:27

    "HDQ-də döyüş hazırlığının qiymətləndirilməsi kursu" keçirilir
  • 15:20

    Minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı təkliflər hazırlanıb
  • 15:15

    Dünyanın ən yaxşı on mərkəz yarımmüdafiəçisi açıqlanıb
  • 15:07

    Qəzzada son sutkada 23 nəfər həlak olub
  • 15:03

    Səudiyyə Ərəbistanı Krallığı ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub
  • 14:49

    "Qalatasaray"ın sabiq niderlandlısı məşqçiliyə başlayacaə
  • 14:46

    Daxili işlər naziri Gəncədə vətəndaşları qəbul edəcək
Menyu