http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Ombudsman Ermənistanın azərbaycanlılara qarşı nifrət siyasətində uşaqlardan istifadəsinə dair hesabat hazırlayıb

19 İyun 2023 , 11:42
Ombudsman Ermənistanın azərbaycanlılara qarşı nifrət siyasətində uşaqlardan istifadəsinə dair hesabat hazırlayıb

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva tərəfindən Ermənistanın azərbaycanlılara qarşı yürütdüyü nifrət siyasətində uşaqlardan istifadə edilməsinə dair xüsusi hesabat hazırlanaraq aidiyyəti beynəlxalq təşkilatlara göndərilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Məlumatda iyunun 18-nin dünyada Nifrət Nitqinə qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd edildiyi bildirilib. Qeyd olunub ki, bu hesabatın hazırlanmasında da məqsəd Ermənistanın Azərbaycana qarşı apardığı nifrət siyasətində uşaqlardan istifadə olunmasına dair faktların dünya ictimaiyyətinin, eləcə də aidiyyəti beynəlxalq təşkilatların diqqətinə çatdırmaq və nifrət siyasətinin qarşısının alınması ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı çağırış etməkdir.

Azərbaycan və ingilis dillərində hazırlanmış hesabatda uzun illər Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən nifrət siyasətinə uşaqların alət edilməsi, münaqişə dövründə, o cümlədən İkinci Qarabağ müharibəsi zamanı uşaqların hərbi əməliyyatlara cəlb edilməsi ilə bağlı faktlardan, mediada bununla bağlı qeyd olunmuş məlumatlardan və digər mənbələrdən istifadə olunub.

Qeyd etmək lazımdır ki, Ombudsman Aparatı tərəfindən bundan əvvəl də araşdırmalar nəticəsində əldə edilmiş faktoloji materiallar, sosial şəbəkələrdə və mətbuatda yayımlanan etibarlı mənbələrdən alınmış məlumatlar əsasında azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat hazırlanıb və müvafiq beynəlxalq insan hüquqları qurumlarına ünvanlanıb.

Hesabatın tam mətni ilə buradan tanış ola bilərsiniz.

OXŞAR XƏBƏRLƏR
İçkili vəziyyətdə saxlanılan sürücünün hansı hüquqları var?

İçkili vəziyyətdə saxlanılan sürücünün hansı hüquqları var?

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Sosial media istifadəçiləri arasında 18-24 yaş aralığı üstünlük təşkil edir

Sosial media istifadəçiləri arasında 18-24 yaş aralığı üstünlük təşkil edir

XƏBƏR LENTİ
  • 10:30

    Yüksək dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
  • 10:27

    Azərbaycan Prezidenti: İtkin düşmüş şəxslər faciəsi Ermənistanın təcavüzünün ağır fəsadlarındandır
    Azərbaycan Prezidenti: İtkin düşmüş şəxslər faciəsi Ermənistanın təcavüzünün ağır fəsadlarındandır
  • 10:26

    Dövlət Komissiyasının sədri: Hazırda 3 min 979 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb
  • 10:24

    Əli Nağıyev: Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 155-inin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanıb
    Əli Nağıyev: Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 155-inin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanıb
  • 10:10

    Prezident itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb
    Prezident itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb
  • 10:04

    İcma: Ermənistandan Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edirik
  • 09:58

    Polis paytaxtın Xəzər və Nəsimi rayonlarında dələduzluqda şübhəli bilinən 3 nəfəri saxlayıb
  • 09:56

    Konfrans Liqası: "Başakşəhər" "Rapid"ə qarşı
Menyu