http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

"Dəniz ticarət limanımızın yükaşırma qabiliyyətini 25 milyon tona çatdırırıq"

24 İyul 2023 , 15:37
"Dəniz ticarət limanımızın yükaşırma qabiliyyətini 25 milyon tona çatdırırıq"

“Bir kəmər, bir yol” layihəsinə qoşularkən bizim artıq hazır infrastrukturumuz var idi. İndi biz, sadəcə, texniki imkanları artırırıq.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində bildirib.

Şərqdən-Qərbə daşınan yüklərin həcminin artmasının yükaşırma baxımından problemlər yaradacağını vurğulayan dövlətimizin başçısı hazırda dəniz ticarət limanımızın imkanlarının 25 milyon tona artırıldığını qeyd edib.

Xəzər dənizində ən böyük ticarət donanmasına sahib olmağımıza baxmayaraq, yeni tanker və yük gəmilərinin inşa edildiyini bildirən Prezident İlham Əliyev vurğulayıb: “İndi biz gəmiqayırma zavodumuzu genişləndirməyi planlaşdırırıq ki, ildə 6-8 deyil, 10-20 gəmi inşa edə bilək. Həm Azərbaycanda, həm də Xəzər dənizində buna tələbat artmaqdadır”.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • 13:15

    Orta ixtisas təhsili müəssisələrində çalışan alimlərin sayı açıqlanıb
  • 12:53

    Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb
  • 12:52

    Dezinformasiyaya qarşı mübarizə vasitələri üzrə məlumat bazası hazırlanıb
  • 12:35

    Sabah hava necə olacaq?
  • 11:50

    Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib
  • 11:32

    Azərbaycan XİN Maltanı təbrik edib
  • 11:25

    ÇL: Həftənin oyunçusu məlum oldu
  • 11:15

    Prezident İlham Əliyev Malta Respublikasının Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
Menyu