http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Dezinformasiyaya qarşı mübarizə vasitələri üzrə məlumat bazası hazırlanıb

21 Sentyabr 2024 , 12:52
Dezinformasiyaya qarşı mübarizə vasitələri üzrə məlumat bazası hazırlanıb

Mətbuat Şurasında “Dezinformasiyaya qarşı mübarizə vasitələri” mövzusunda konfrans keçirilib. 

"Operativ Media" xəbər verir ki, konfrans mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan eyniadlı layihə çərçivəsində təşkil edilib. 

Layihənin 5 ay müddətində davam etdiyini diqqətə çatdıran koordinator Müşfiq Ələsgərli əlavə edib: “Bu müddət ərzində “Saxta xəbər” (Fake news) və onun növləri (“Misinformation”, “Disinformation”) üzrə son elmi nəzəriyyələr araşdırılaraq ümumiləşdirilib. Tədqiqat nəticəsində əldə edilmiş məlumatlar məqalələr halında hazırlanaraq Azərbaycanın media subyektlərində dərc edilib. Mövzu üzrə yeni trendlərin Azərbaycan auditoriyasına çatdırılması üçün zəruri addımlar atılıb”. 

O qeyd edib ki, layihə üzrə həm də inkişaf etmiş ölkələrdə dezinformasiyaya qarşı mübarizə məqsədilə tətbiq edilən mexanizmlər barədə məlumatlar toplanılıb: “Almaniya, Fransa, Türkiyə, Çin və Rusiyada dezinformasiyaya qarşı mübarizə məqsədilə tətbiq olunan modellər öyrənilib. Bu modellər barədə də maarifləndirici məqalələr hazırlanaraq media subyektlərində dərc edilib. Beləliklə, Azərbaycanın xəbər istehsalçılarının inkişaf etmiş ölkələrdə dezinformasiyaya qarşı mübarizə üçün tətbiq edilən qanunlar və inzibati mexanizmlər barədə məlumat almalarına imkan verən baza hazırlanıb”. 

Digər çıxış edənlər də dezinformasiyanın müasir dövrdə törətdiyi təhlükələr barədə danışıblar. Onlar dünyanın aparıcı ölkələrində tətbiq edilən və dezinformasiyaya qarşı mübarizəni ehtiva edən modellərin Azərbaycanda da tətbiq edilməsinin müsbət nəticələr verə biləcəyini qeyd ediblər.

OXŞAR XƏBƏRLƏR
Xəzərdə süni torpaq sahəsində tikinti üçün şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmayacaq

Xəzərdə süni torpaq sahəsində tikinti üçün şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmayacaq

ETSN ölkə ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib

ETSN ölkə ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib

Prezident "İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb

Prezident "İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb

XƏBƏR LENTİ
  • 14:56

    Xəzərdə süni torpaq sahəsində tikinti üçün şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmayacaq
  • 14:24

    ETSN ölkə ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib
  • 13:33

    Prezident "İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb
    Prezident "İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb
  • 13:15

    Orta ixtisas təhsili müəssisələrində çalışan alimlərin sayı açıqlanıb
  • 12:53

    Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb
  • 12:52

    Dezinformasiyaya qarşı mübarizə vasitələri üzrə məlumat bazası hazırlanıb
  • 12:35

    Sabah hava necə olacaq?
  • 11:50

    Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib
Menyu